SON XƏBƏRLƏR

Vəziyyət gərgindir . Medvedyev Dağıstana gəldi

2021.10.20, 07:36
Vəziyyət gərgindir . Medvedyev Dağıstana gəldi

Gunaz.tv
Rusiya prezidenti Dmitri Medvedyev Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovla birlikdə Dağıstana gəlib. RİA "Novosti"nin xəbərinə görə, səfər iyunun 5-də Dağıstanın daxili işlər naziri Adilgəray Məhəmmədtahirovun qətlindən sonra regionda yaranmış vəziyyətlə bağlıdır. "Şimali Qafqazda vəziyyət gərgin olaraq qalır",-deyə Medvedyev Mahaçqalada RF Təhlükəsizlik Şurasının daimi üzvlərinin və Cənub Federal Dairəsinin yüksəkvəzifəli məmurlarının iştirakı ilə keçirilən operativ iclasda bildirib. Onun sözlərinə görə, 2009-cu ildə regionda terror xarakterli 308 cinayət törədilib. Ötən ilin müvafiq dövründə isə törədilən cinayətlərin sayı 312 olub. Hüquq-mühafizə orqanlarının 75 əməkdaşı, yerli əhalidən isə 48 nəfər həlak olub. 112 bandit məhv edilib. Rusiya prezidenti Dağıstanın DİN başçısının qətlini "dövlətə çağırış" kimi qiymətləndirib və Məhəmmədtahirovun ölümündən sonra Rusiya Qəhrəmanı adına layiq görüldüyünü bildirib :"Hüquq-mühafizə orqanları cinayətkarları tapmaq və ədalətin mühakiməsinə vermək üçün hər şeyi etməlidirlər". Medvedyev bəyan edib ki, nə qədər ki, Şimali Qafqaz daxili ziddiyyətlərdən - "tayfa rəqabətindən, oğurluqdan, rüşvətdən" azad olmayıb region gərginlikdən çıxa bilməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar