SON XƏBƏRLƏR

Videokörpü , Yaxud Rusiyanın informasiya inhisarçılığı

2021.10.20, 07:36
Videokörpü , Yaxud Rusiyanın informasiya inhisarçılığı

Gunaz.tv
Videokörpü Yaxud Rusiyanın informasiya inhisarçılığı Dünən "RİA-Novosti"nin təşkilatçılığı ilə keçirilən və iki saat davam edən üçtərəfli Moskva- Bakı-İrəvan virtual mətbuat konfransı ziddiyyətlərlə yadda qalıb. Müzakirələr zamanı Azərbaycan və Ermənistandan olan politoloqlar arasında Dağlıq Qarabağ münaqişəsinin həlli məsəlləsilə bağlı fikir ayrılığı yaranıb. Erməni tərəfi zəbt etdiyi torpaqların tarixboyu onlara məxsus olduğunu və buna görə də separatçı rejimin mövcudluğunun zəruri ehtiyac olduğunu vurğulayıb. Onlar ermənilərin Dalıq Qarabağda mədəni tarixi abidələri özününküləşdirlməsi fikrini də rədd ediblər. Videokörpüyə qatılan millət vəkili Asim Mollazadə hər üç dövləti təmsil edən politoloqların arasında aparılan ictimai tipli müzakirələr keçmişi xatırladır. Onun sözlərinə görə, bu format Rusiyanın proseslə bağlı informasiya mühitini monopoliyaya alması dövrünü xatırladıb: "Biz uzun zamandır ki, bu tipli görüşlərin, fikir mübadilələrini beynəlxalq çərçivədə bir sıra önəmli ölkələrin iştirakı ilə həyata keçirməyə öyrəşmişik. Nədənsə bu tipli müzakirələr həmişə belə bir dar çərçivədə aparılır. Çünki Rusiya Azərbaycanın deyil, Ermənistanın mövqeyi ilə çox yaxındır. Düşünürəm ki, Azərbaycana bu gün bir məsələ vacib lazımdır. İstənilən formatda və istənilən tribunadan öz haqq sözünü, mövqeyini açıqlasın. Biz bu istiqamətdə işlərimizi davam etdirməliyik. Bu formatın daha geniş olmasının da tərəfdarıyıq". Ermənistanı müzakirələrdə təmsil edən Şavarş Koçaryanının çıxışına münasibət bildirən Asim Mollazadə qeyd edib ki, Ermənisatan nümayəndələrinin mövqeyi əvvəlcədən bəllidir: "Onları çoxdan tanıyırıq. Bir sıra müstəvilərdə onlarla diskussiyalar aparmışıq. Bu telekörpüdə yeni bir şey yox idi. Şavarş Koçaryan Ermənistanın Avropa Şurasında nümayəndə heyətinin üzvü idi. Bizim dəfələrlə onunla bu mövzuda diskussiyalarımız olub. Azərbaycanın bu günkü mövqeyi ondan ibarətdir ki, biz hansısa dar çərçivədən çıxıb belə diskussiyaların formasını daha genış tərkibdə davam etdirək". Konfrans zamanı tərəflər arasındakı fikir ayrılığına münasibət bildirən millət vəkili bildirib ki, bu belə də olmalı idi: "Tərəflər arasında fikir ayrılığı əvvəlkitək qaldı. Çünki ortada sülh yoxdur. Ermənistan və onun arxasında dayanan qüvvələr sülhdə maraqlı deyil". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar