Evin həbsxanasında saxlanılan 16 qadın siyasi məhbus etiraz məktubu yazdı

23.08.2022, 04:53

Tehranın Evin həbsxanasında saxlanılan 16 qadın siyasi məhbusu məktub açıq məktub yazaraq mövcudı şəraitdən narazılıqlarını ifadə ediblər.

Gunaz.tv Quote | Gunaz article

Nərgiz Məhəmmədi, Həsti Əmiri, Nərgiz Ədib, Fəriba Əsadi, Sepide Qalian, Gülara Abbasi, Səba Kordafşari və Aliyə Mətlabzade tərəfindən imzalanan bu məktubda Evin həbsxanasının qadın bölməsində koronavirusun tüğyan etdiyi bildirilir.

Məktubda çox sayda məhbusun virusa yoluxduğu qeyd olunur.

Həmçinin belə bir şəraitdə insanların sayının cəzaçəkmə müəssisəsinin sahəsi və imkanları ilə mütənasib olmadığını bildirilir, yoluxmuş şəxslərin təcrid olunması və karantinə alınması üçün yetərli yer çatışmazlığının məhbusların həyatını təhlükə altında qoyduğu vurğulanır.

Siyasi məhbuslar Əsəl Məhəmmədi və Səmin Ehsani hüquq müdafiəçiləri və ictimai fəallara koronavirusa yoluxduqdan sonra heç bir tibbi yardım göstərilmədiyini vurğulayıb, təkadamlıq kameraya salınan bu şəxslərə heç bir dərman preparatı verilmədiyini bildiriblər. 

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social