SON XƏBƏRLƏR

Evin həbsxanasında yanğında ölənlərin sayı 8 nəfərə çatıb

2022.10.17, 09:25
Evin həbsxanasında yanğında ölənlərin sayı 8 nəfərə çatıb

Gunaz.tv

İran Məhkəmə Sistemi oktyabrın 17-də yaydığı məlumatda Evin zindanında baş verən yanğın və qarşıdurma zamanı ölənlərin sayının 8 nəfərə çatdığını bildirib.

Məlumatda yaralılarının sayının 61 nəfər olduğu qeyd edilib.

Onların Taliqani və Müdərris xəstəxanalarına köçürüldüyü, 12 yaralı məhkumun isə zindanın tibb məntəqəsində müalicə olunduğu deyilib.

İran hökumətinə müxalif təşkilatlar, media orqanları və müstəqil insan haqları təşkilatları ölü və yaralı sayının rəsmi rəqəmlərdən daha çox olduğunu bildirirlər.

Qeyd edək ki, İran mediası ölü sayı barədə ziddiyyətli xəbərlər yaydığı üçün rəsmi məlumatların həqiqiliyi şübhə doğurur.

İran təhlükəsizlik qurumuna bağlı olan "Məşreq News" xəbər agentliyi ölü sayının 7 olduğunu yazdığı halda, İran televiziyası ötən gecə bu rəqəmin 40 nəfər olduğunu bildirib.

Sonradan açıqlama verən İran televiziyası bunun aparıcının səhvi nəticəsində elan edildiyini deyib.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar