SON XƏBƏRLƏR

Evin zindanında saxlanılan azərbaycanlı fəal aclıq aksiyasına başlayıb

2022.08.22, 08:01
Evin zindanında saxlanılan azərbaycanlı fəal aclıq aksiyasına başlayıb

Gunaz.tv

Yaşar Təbrizi hüquqlarının pozulmasına və zindan məmurları tərəfindən döyülməsinə etiraz edir.

Məhbus yoldaşlarının verdiyi məlumata görə, fəal zindanın 6-cı bölməsindən 4-cü bölümə köçürülməsinin səbəbini soruşduğu üçün nəzarətçilər tərəfindən döyülüb.

Bununla yanaşı Yaşar Təbrizinin ailəsi ilə görüşünə və telefonla danışmasına qadağa qoyulub.

Döyülən zaman Yaşar bəyin qabırğaları ağır zədələnib.

Buna baxmayaraq onun zindanın tibb məntəqəsinə getməsinə və müayinə olunmasına icazə verilməyib.

Qeyd edək ki, mayın 1-i, günorta saat 03.00 radələrində təhlükəsizlik məmurları Tehran əyalətinin Şəhriyar şəhərinin Şahidşəhr bölgəsində yaşayan Yaşar Təbrizinin şəxsi mənzilinə hücum edərək onu qandallayıblar.

Məmuralar ona məxsus şəxsi əşyaları, o cümlədən mobil telefonu və bilgisayarı müsadirə ediblər.

Mədəni fəal fevralın 17-də tanınmış yazıçı və kinorejissor Bəktaş Abtinin 40 mərasiminə qatıldığı üçün təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi.

Yaşar Təbrizi bundan öncə yanvar ayının 8-də Ukrayna təyyarəsinin SEPAH tərəfindən vurularaq düşdüyü yerdə hadisə qurbanlarının xatirəsinə həsr etdiyi videonu sosial mediada yaydığı üçün təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Yaşar Təbrizi dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb, saxlanılıb və işgəncələrə məruz qalıb. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar