SON XƏBƏRLƏR

Evin zindanında saxlanılan İran əsilli Britaniya vətəndaşı Ərəs Əmiri ölkəsinə qayıdıb

2022.01.13, 12:51
Evin zindanında saxlanılan İran əsilli Britaniya vətəndaşı Ərəs Əmiri ölkəsinə qayıdıb

Gunaz.tv

Bu barədə “Britaniya Mədəniyyət Şurası” (British Council) yanvarın 12-də yaydığı bəyanatında xəbər yayıb. 

Bildirilir ki, İran Məhkəmə Sistemi “Britaniya Mədəniyyət Şurası”nın keçmiş əməkdaşı olan xanım Ərəs Əmirini həmin şuraya üzv olmaqla İranda qanunsuz incəsənət qrupları yaratmaqda, onları idarə etməkdə və bu yolla İranın mədəniyyət sahəsinə nüfuz etməkdə günahlandırılaraq 10 il həbsə məhkum etmişdi. 

Ərəs Əmirinin vəkili Höccət Kirmani isə 2021-ci ilin iyul ayında mediaya açıqlamasında İran Ali Məhkəməsinin müvəkkilinə bəraət qazandırdığından və onun tezliklə sərbəst buraxılacağından xəbər vermişdi. 

Xatırladaq ki, Kingston Universitnin tələbəsi, Londonda incəsənət fəlsəfəsi ixtisası üzrə təhsil alan və incəsənət əsərlərinin sərgilənməsi işi üzrə fəaliyyət göstərən Ərəs Əmiri 2018-ci ilin mart ayında İrana səfər etdikdən az sonra naməlum səbəblərə görə həbs edilmiş və həmin müddətdə Tehranın Evin zindanında saxlanılmışdı. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar