SON XƏBƏRLƏR

VİTSE-PREZİDENT İRANIN ABŞ və İSRAİL XALQLARININ DOSTU OLDUĞUNU DEYİB

2021.10.20, 07:36
VİTSE-PREZİDENT İRANIN ABŞ və İSRAİL XALQLARININ DOSTU OLDUĞUNU DEYİB

Gunaz.tv
VİTSE-PREZİDENT İRANIN ABŞ və İSRAİL XALQLARININ DOSTU OLDUĞUNU DEYİB isfendiyarrehimmeshayi.jpg İsfəndiyar Rəhim Məşayi İranın vitse-prezidenti İsfəndiyar Rəhim Məşayi İranın ABŞ və İsrail xalqlarının dostu olduğunu bildirib. O hətta ABŞ xalqının dünyanın ən üstün xalqlarından olduğunu vurğulayıb. «Media forum» saytının məlumatına görə, ölkədə turizmin inkişafına həsr olunmuş tədbirdə çıxış edərkən Rəhim Məşayi deyib ki, artıq bir dini zorla dünyaya hakim etməyin vaxtı keçib: «Bu gün dünyanın qulağı ən gözəl mesajları eşitməyə açıqdır. Gələcəkdə soy, ölkə anlayışları öz əhəmiyyətini itirəcək. Gələcək insanlara məxsus olacaq. İnsanları bir-birindən ayıran hər hansı bir məntiqə tərəfdar çıxan tapılmayacaq. Biz dünyada heç kəslə müharibə etmək istəmirik. Bu gün İran ABŞ və İsrail xalqları ilə dostdur. Dünyada heç bir xalq bizim düşmənimiz deyil. Bu isə bir iftixardır. Biz ABŞ xalqının dünyanın ən üstün xalqlarından biri olduğuna inanırıq». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar