SON XƏBƏRLƏR

Amerika Dövlət Departamenti İranda son həbsləri pisləyib

2022.07.14, 07:34
Amerika Dövlət Departamenti İranda son həbsləri pisləyib

Gunaz.tv

Qurumun Demokratiya, İnsan Haqları və Əmək Departamenti iyulun 13-də İranda yeni həbs dalğası ilə bağlı bəyanat yayıb və İranın tənqidçilərin dinc müxalifətini yatırmaq üçün davam edən səylərini pisləyib.

“İranda son həbslər dinc müxalifətin, o cümlədən siyasi fəallara, kinorejissorlara və məcburi hicab qanunlarına etiraz edən cəsur qadınlara qarşı yersiz bir təzyiqdir.

Amerika İranın ifadə azadlığının həyata keçirilməsinin qarşısını almaq üçün davamlı səylərini pisləyir”-deyə, Dövlət Departamentinin rəsmi tvitter səhifəsində paylaşım edilib.

Qeyd edək ki, son günlər İranın təhlükəsizlik qurumlarının həmkarlar ittifaqı üzvlərinə, mədəni fəallara və sənət adamlarına qarşı basqıları yenidən güclənib.

Buna misal olaraq təhlükəsizlik məmurları İran və dünya kinosunun tanınmış simaları Cəfər Pənahi, Məhəmməd Rəsulov və Mustafa Al-Əhmədi saxlayaraq zindana köçürüblər.

Tehran hökuməti bundan öncə məhkumluqları olan və barələrində cəza qərarı çıxarılan fəalları susdurmaq üçün onların cinayət işlərini yenidən gündəmə gətirərək həbslərinə zəmin yaradıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar