ABŞ Dövlət Departamenti: “Nətənz təsisatındakı yanğın göstərdi ki, İran rejimi nüvə proqramını xalqın ehtiyaclarından üstün tutur”

2020-07-03 14:51

ABŞ Dövlət Departamentinin sözçüsü iyulun 2-də bəyanat yayaraq, İsfahanın yaxınlığında yerləşən Nətənz nüvə təsisatında baş verən yanğına münasibət bildirib.

Gunaz.tv Quote | Gunaz article

O deyib ki, Amerika Birləşmiş Ştatları İranın Nətənz nüvə təsisatında baş verən şübhəli yanğınla yayılan məlumatları diqqətlə izləyir: “Nətənz təsisatında baş verən yanğın bir daha göstərdi ki, İran rejimi nüvə proqramını öz xalqının ehtiyaclarını təmin etməkdən üstün tutur” -deyə, ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.


ABŞ Milli Okean və Atmosfer Administrasiyasının peykinin məsələ ilə bağlı topladığı məlumatlar göstərir ki, yanğın iyulun 2-si, yerli vaxtla saat 00:02 radələrində Nətənz təsisatının şimal-qərbində baş verib. Bildirilir ki, yanğından baş qaldıran alovların nuru o qədər o qədər çox olub ki, peyk onu kosmosdan (fəzadan) qeydə ala bilib. 


Xatırladaq ki, iyulun 2-də İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi mediaya açıqlamasında Nətənz nüvə təsisatında “hadisə” baş verdiyi barədə məlumat yayıb.


O, baş vermiş “hadisə”nin detallarını açıqlamasa da, Nətənz fərmandarı Ramazan Əli Firdovsi jurnalistlərə açıqlamasında nüvə təsisatında yanğın baş verdiyini, lakin yanğın nəticəsində mərkəzin fəaliyyətində hər hansı bir problem yaranmadığını vurğulayıb.


Olaydan az sonra "BBC" telekanalı Nətənz nüvə təsisatında baş vermiş yanğınla bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, xəbərlərin yayılmasından bir neçə saat öncə BBC-nin farsdilli şöbəsinin əməkdaşlarına "Vətən Hepardları" adlı tanınmamış qruplaşmadan email daxil olub. 


Email məktubunda "Vətən Hepardları" Nətənz təsisatında baş verən hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürərək, İranın xüsusi xidmət orqanları içərisində özünə bağlı fəaliyyət göstərən qüvvələrə malik olduğunu bildirib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Rəsmi Kiyev İrandan vurulmuş təyyarə ilə bağlı hərtərəfli hesabat tələb edib

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: “Livandakı partlayışda Azərbaycanlı iş adamına zərər dəyib”

2020-08-05

gun az article

Amerika TŞ-ya İranın silah embarqosunun uzadılmasına dair yeni qətnamə təqdim edib

2020-08-05

gun az article

Amerikalı rəsmi: "Rusiya, Çin, İran və Şimali Koreyanın təhdidləri artıb"

2020-08-05

gun az article

İranlı rəsmi: “Çinin Kunlun Bankı bizimlə əməkdaşlıq etmir”

2020-08-05

gun az article

İsrailin Suriyaya son hücumlarında İrana bağlı 15 yaraqlı həlak olub

2020-08-05

gun az article

İranda daha 185 nəfər koronavirusdan ölüb, əlavə 2697 nəfər infeksiyaya yoluxub

2020-08-05

gun az article

"Persopolis" klubunun rəhbərinin müavini "ETTELAAT" tərəfindən həbs edilib

2020-08-05

gun az article

Zahidanda səs bombasının partlaması nəticəsində hüquq-mühafizə qüvvələrinin 4 əməkdaşı yaralanıb

2020-08-05

gun az article

Rəzəvi Xorasanda qadınlara velosiped sürmək qadağan edilib

2020-08-05

gun az article

İranda rejimə qarşı kütləvi etirazlarda həbs edilən gənc aksiyaçı edam edilib

2020-08-05

gun az article

GünazTV Aug.04.2020: “İranada hər yeddi dəqiqədə bir insan coronovirusdan ölür”

2020-08-04

gun az article

İranın Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 770 nəfərə çatıb

2020-08-04

gun az article

İranda 5 milyon şagird təhsildən kənar qalmaq təhlükəsi ilə üz-üzədir

2020-08-04

gun az article

İranda 6 milyard avrodan çox korrupsiyada ittiham edilən nazir damadı məhkəmədən qaçaraq gizlənib

2020-08-04

gun az article

İranda daha 212 nəfər “Covid-19”dan vəfat edib, 2751 yeni növ koronavirusa yoluxma halı aşkar edilib

2020-08-04

gun az article

Səid Nəməki: "Qəbul imtahanlarının vaxtı dəyişilməyəcək"

2020-08-04

gun az article

Məşhəddə uşaq xəstəxanasının 80 işçisi koronavirusa yoluxub

2020-08-04

gun az article

Mazandaran əyalətinə səfərə qadağa qoyulub

2020-08-04

gun az article

İranda il ərzində ailələrin 8.2 faizi ümumiyyətlə ət ala bilməyib

2020-08-04