Dövlət Vergi Xidməti: “Azərbaycan mediasına gəlir, mənfəət və ƏDV üzrə güzəştlər tətbiq ediləcək”

11.02.2022, 18:35

Dövlət Vergi Xidməti tərəfindən Medianın İnkişafı Agentliyi (MEDİA) ilə birlikdə jurnalistlərə və media subyektlərinə vergi güzəştlərinin edilməsi ilə bağlı müəyyən təkliflər hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.

Gunaz.tv Quote | Gunaz article

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

"Təbii ki, “Media haqqında” qanun qəbul olunmadan dəyişikliklərin tam dairəsinin elan olunması düzgün deyil, amma onu deyə bilərik ki, dəyişiklik istiqamətləri medianın məhz media ilə bağlı fəaliyyətdən əldə etdiyi gəlirlərə və mənfəətə müddətli güzəşt və azadolmaların verilməsi, media qurumları tərəfindən təqdim olunan məhsullar üzrə Əlavə Dəyər Vergisi (ƏDV) ilə bağlı vergi güzəştlərinin tətbiq olunması ilə bağlıdır”, - S. Musayeva bildirib.

Onun sözlərinə görə, dövlətin mediaya yanaşması həmişə həssas olub:

“Dünyanın hər tərəfində mediaya münasibət həssasdır. Vətən müharibəsi dövründə də Azərbaycan mediasının rolu danılmazdır. Tək Dövlət Vergi Xidməti deyil, bütün aidiyyəti dövlət orqanları öz səlahiyyətləri daxilində medianın ölkədə inkişafının dəstəklənməsi ilə bağlı müvafiq tədbirlər görür.

“Media haqqında” qanun iki gün öncə qəbul olunub. Amma qanun qəbul olunana qədər də hökumət, aidiyyəti dövlət qurumları medianın problemlərinin öyrənilməsi, təhlil edilməsi, hansı formada dövlət dəstəyi tədbirləri həyata keçirilməsi ilə bağlı ciddi təhlillər aparırdı. 

İqtisadiyyat Nazirliyində də media nümayəndələri ilə görüşlər keçirilib, bu görüşlərdə onların təklifləri dinlənilib. Medianın maliyyə dayanıqlığını artırmaq, onların daha çox dövriyyə vəsaitlərindən səmərəli istifadəni təmin etmək, həmin vəsaitlərin medianın inkişafına yönəldilməsi üçün vergi təşviqlərinə də ehtiyac olduğu bildirilib.

Hazırda hökumət bu qanun layihəsini rəy bildirilməsi üçün Iqtisadiyyat Nazirliyi də daxil olmaqla aidiyyəti qurumlara göndərib. Bütövlükdə Dövlət Vergi Xidməti mediaya vergi güzəştlərinin təşviqlərinin verilməsini dəstəkləyir”, - S. Musayeva vurğulayıb. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Körpü” proqramında müzakirə: “Elçibəy”-VİDEO

2022-06-25

gun az article

Vərziğan kəndliləri narazıdır: "Süngün mədəninin gəlirlərindən bölgəyə heç nə ayrılmır"-VİDEO

2022-06-25

gun az article

Təbrizlilər türkcə küçə adının dəyişdirilməsinə etiraz ediblər

2022-06-25

gun az article

Təbrizdə Həsən Dəmirçinin anım mərasimi keçirilib-VİDEO

2022-06-25

gun az article

"Oğlanlarla qızların danışması, deyib-gülməsi yüngüllükdür"-Təbrizin cümə imamı

2022-06-25

gun az article

Süngün mis mədəninin işçiləri döyülüb

2022-06-25

gun az article

“Sözümüz” proqramında müzakirə: “İranda demokratiya mümkündürmü?” -VİDEO

2022-06-25

gun az article

Güneyli ziyalılar tanınmış dilçi Hüseyn Düzgünlə görüşüblər

2022-06-25

gun az article

Təbrizli tibb işçilərindən İbrahim Rəisiyə etiraz- VİDEO

2022-06-25

gun az article

Həmədanda işsizlik göstəricisi artıb

2022-06-24

gun az article

Salmasda "Xüsusi İqtisadi Məntəqə" layihəsi 17 ildir yarımçıq qalıb

2022-06-24

gun az article

Qaradağ meşələrində yanğın olub

2022-06-24

gun az article

Zənganda bələdiyyə başçısı həbs edilib

2022-06-24

gun az article

Güney və Azərbaycanın idman klubları qardaşlaşıb

2022-06-24

gun az article

Məhkəmə sədri Xarvana əhalisini təhqir etdi-VİDEO

2022-06-24

gun az article

"Görüş”də müzakirə: “İranda iqtisadi böhran davam edir" və “İranda iqtisadi fəlakətin əsas səbəbi”-VİDEO

2022-06-24

gun az article

Bütöv Azərbaycan sevdalısı Əbülfəz Elçibəyin anım günüdür

2022-06-24

gun az article

Təbriz İranda üçüncü bahalı şəhərdir

2022-06-24

gun az article

Qəzvində uçmaq təhlükəsi olan 70 binanın sakinləri təxliyyə ediləcək

2022-06-24

gun az article

Səməd Behrənginin doğum günüdür

2022-06-24