Dövlət Komitəsində diaspor gəncləri ilə görüş - FOTO

21.12.2021, 14:44

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun "Diaspor Gəncləri 1+1" layihəsinin iştirakçıları ilə görüşü keçirilib.

Gunaz.tv Quote | Gunaz article

Görüş zamanı Komitə sədri öz ölkələrində geniş auditoriyası olan, ictimai-siyasi proseslərdə fəal iştirak edən 18 gənci bu layihənin ilk iştirakçısı kimi salamlamaqdan məmnun olduğunu bildirib. 

DİDK-nın fəailiyyət istiqamətləri, Azərbaycan Diasporuna Dəstək Fondu vasitəsilə həyata keçirilən layihələr, “Diaspor Gəncləri 1+1” proqramının məqsədi və əhəmiyyəti barədə danışıb. Azərbaycan diasporunun tarixi vətənlərinin təbliğ olunması istiqamətində gördüyü işlərə, xarici mediada ölkəmizdən bəhs edən məqalələrin və məlumatların dərc olunmasına diqqəti cəlb edib.
 
Bu maraqlı layihəyə görə DİDK-ya təşəkkürlərini bildirən gənclər Bakı, Gəncə, Bərdə, Ağdam, Füzuli və Şuşa şəhərlərinə səfərlə bağlı təəssüratlarını bölüşüblər. Onlardan bəziləri ilk dəfə Azərbaycana gəldiklərini söyləyiblər. “Biz işğaldan azad edilmiş ərazilərlə bağlı geniş məlumat aldıq. 

Bu səfər zamanı həqiqətləri gördük və öz ölkəmizdə Azərbaycan barədə məlumatların çox vaxt təhrif olunduğunu hiss etdik. Böyük təəssüratla ölkələrimizə qayıdırıq və Azərbaycan həqiqətlərini yaşadığımız cəmiyyətlərin nəzərinə çatdıracağıq”, - deyə vurğulayıblar.

Dövlət Komitəsində "Diaspor Gəncləri 1+1" layihəsinin iştirakçıları ilə görüş olub (FOTO) - Gallery Image

Qeyd edək ki, 15-21 dekabr 2021-ci il tarixində start verilən layihənin ilk iştirakçıları 9 ölkədən (ABŞ, Polşa, İtaliya, Macarıstan, Rusiya, Ukrayna, Belarus, Gürcüstan və İordaniya) 18 nəfər olub. İştirakçıların 9 nəfəri əcnəbi gənclər, digər 9 nəfər isə xaricdə yaşayan azərbaycanlı gənclərdir. Layihəyə əsasən, hər bir azərbaycanlı gənc özü ilə xaricdən bir nəfər gənc gətirib. 

Məqsəd Ermənistanın Cənubi Qafqaz regionunda həyata keçirdiyi separatçılıq, ekstremizm, özününkiləşdirmə siyasəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizə qarşı erməni diasporu və lobbisi tərəfindən həyata keçirilən kampaniyaların qarşısının alınması, ölkəmizin multikultural zənginliyini, eyni zamanda 30 illik işğal və 44 günlük Vətən müharibəsi ərzində Ermənistanın qəsbkarlığı nəticəsində torpaqlarımıza və xalqımıza qarşı törədilmiş vandalizm aktlarını, hərbi cinayətləri və azad olunmuş ərazilərdə sürətlə davam edən yenidənqurma, bərpa-quruculuq prosesini qonaqlara göstərməkdir. (modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

XİN sözçüsü: Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb

2023-03-25

gun az article

"Hərbçilərin sayı artırılmalıdır"-Medvedev

2023-03-25

gun az article

“Havadarları Ermənistanı müharibəyə təhrik edir”-Politoloq

2023-03-25

gun az article

İran tarixdə ən uzun inflyasiya dövrünü yaşayır

2023-03-25

gun az article

İran Azərbaycanla sərhəddə yeni hərbi təlimlərə hazırlaşır

2023-03-25

gun az article

İsrail və İngiltərə baş nazirləri arasında İranla bağlı danışıq olub

2023-03-25

gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24

gun az article

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

2023-03-24

gun az article

Əli Xameneyinin istefasını tələb edən qadının ağır həbs cəzası təsdiq edildi

2023-03-24

gun az article

BMT nümayəndəsi Tehran rejiminə qarşı təzyiqlərin artırılmasını istədi

2023-03-24