SON XƏBƏRLƏR

Volqoqradda azərbaycanlı-erməni davası.Bir erməni ölüb, biri ağır yaralanıb

2021.10.20, 07:36
Volqoqradda azərbaycanlı-erməni davası.Bir erməni ölüb, biri ağır yaralanıb

Gunaz.tv
Volqoqradda azərbaycanlı-erməni davası article_1213701236.gif Bir erməni ölüb, biri ağır yaralanıb Volqoqrad vilayətinin Staropoltavsk rayonunda azərbaycanlılarla ermənilər arasında insident baş verib. “Voyaj” kafesində baş verən insident iki erməninin bıçaqlanması ilə nəticələnib. Ağır bıçaq yarası alan ermənilərdən biri ölüb, o biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı qətlə cəhd etmək maddəsi üzrə cinayət işi başlanıb. Faktla bağlı iki azərbaycanlı saxlanıb, məhkəmənin qərarı ilə onlar haqqında həbs-qətimkan tədbiri seçilib. Saxlanan şəxslərin adları açıqlanmır. 1985 və 1986-cı il təvəllüdlü hər iki şəxs 15 ildir Volqoqradda kənd təsərrüfatı sahəsində çalışırlar. //APA ------------------------------------------------------------------------ İraqda daha bir jurnalist öldürüldü QayNar: İraq hakimiyyəti ölkədə daha bir jurnalistin öldürülməsi barədə xəxbər yayıb. Yerli kanallardan birinin teleoperatoru Mosul şəhərində- evinin yaxınlığında naməlum avtomobildən açılan atəş nəticəsində qətlə yetirilib. Faktla başlı araşdırma başlanılıb. // T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar