Avropa Parlamenti SEPAH-ı terrorçu kimi tanımağa və İranla əlaqələri kəsməyə çağırdı

23.11.2022, 10:29

Avropa Parlamentinin iclasında Avropa Parlamentinin nümayəndələri İran xalqının inqilabi qiyamını dəstəkləyərək, İran İnqilab Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına daxil edilməsini və həmçinin İslam Respublikasının Avropa Birliyi ərazisindəki səfirliklərinin bağlanmasını tələb ediblər.

Gunaz.tv Quote | Gunaz article

Avropa Parlamenti noyabrın 22-də keçirilən iclasında İslam Respublikası tərəfindən etirazçılara qarşı repressiyaların gücləndirilməsi məsələsini gündəmə gətirib və Avropa Birliyinin xarici siyasət rəsmisi Cozef Borelliin nümayəndəsi Oliver Verhli çıxış edib.

O, tədbirin keçirilməsindən məqsədin Avropa Birliyinin İranda etirazçıların sıxışdırılmasına açıq reaksiyasını və bu birliyin bundan sonra necə hərəkət etməli olduğunu araşdırmaqdan ibarət olduğunu deyib.

Avropa Parlamentinin İsveçdən olan üzvü Çarli Veymers öz çıxışında İslam Respublikasının İran xalqının qanuni nümayəndəsi olmadığını elan edərək, Avropa Birliyinə üzv ölkələrin səfirlərinin İrandan geri çağırılmasını tələb edib.

Almaniyanın Yaşıllar Partiyasının Avropa Parlamentindəki nümayəndəsi Hanna Neumann da SEPAH-ın Avropa Birliyinin terror qrupları siyahısına salınmasını tələb edən digər nümayəndələrdən biri olub.

"SEPAH üzvləri ən gözəl xanımları seçib və başqalarını etiraz aksiyalarına qoşulmaqdan çəkindirmək üçün təcavüz edir. Onlar Avropa Birliyinin terrorçi qruplaşmalar siyahısına düşmək üçün daha nələr etməlidirlər?",-deyə, almaniyalı nümayəndə bildirib.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Zəncanlı mədəni fəal Saleh Fərhadi həbs edilib

2022-12-06

gun az article

Bostanabadın tarixi Ocan qalası məhv edilir

2022-12-06

gun az article

Təbrizdə xəstəxanaya hücum edilib- Ölənlər var

2022-12-06

gun az article

Təbrizin "Traxtur" klubununa ispaniyalı baş məşqçi rəhbərlik edəcək

2022-12-06

gun az article

Xaqan adlı azərbaycanlı uşağa sənəd verilmir

2022-12-06

gun az article

Həbs edilən qaşqay fəalların taleyindən xəbər yoxdur

2022-12-06

gun az article

Günaz.TV-də müzakirə: “Etirazlar və ”Ərk” Cəmiyyətinin fəaliyyətləri” -VİDEO

2022-12-06

gun az article

Həbsdə olan güneyli fəal Negin Əhmədidən xəbər yoxdur

2022-12-06

gun az article

"Azadlıq, Ədalət, Milli hökumət"-Mərənddə milli şüarlar əks olunan baner asılıb

2022-12-06

gun az article

Güneyli vəkil Qasım Bodiyə həbs cəzası verilib

2022-12-06

gun az article

Şərqi Azərbaycan əyalətində su qıtlığı yaranıb

2022-12-06

gun az article

Şərqi Azərbaycan əyalətində dəm qazından ölənlərin sayı artıb

2022-12-06

gun az article

Güneyli mədəni fəal Əkbər Nəiminin məhkəmə iclası keçirilib

2022-12-06

gun az article

"Güneylilər olaraq Prezident İlham Əliyevin arxasındayıq"-Əhməd Obalı

2022-12-05

gun az article

“Günaz TV”-nin Azərbaycanda yayıma başlaması təklif olunub

2022-12-05

gun az article

Azərbaycanlı futbolçu Əli Dayinin mağaza və restoranı möhürləndi

2022-12-05

gun az article

Nərgiz Məhəmmədi qadın məhbuslara təzyiqlərlə bağlı BMT nümayəndəsinə məktub yazıb

2022-12-05

gun az article

"Şuşa işğal olunanda deyilən bu sözlər yanlış çıxdı" - Əhməd Obalı

2022-12-05

gun az article

“20-30 ilə Güney Azərbaycanda ana dilində danışan gənc nəsil tapılmayacaq”-Əhməd Obalı

2022-12-05

gun az article

“Azadlıq səsi”ndə müzakirə: “İranın Azərbaycan qorxusu”  və “Güney Azərbaycanın istiqlalı tarixi zərurətdir”-VİDEO

2022-12-05