SON XƏBƏRLƏR

Avropa Parlamenti Avropa İttifaqını SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb

2023.01.19, 08:49
Avropa Parlamenti Avropa İttifaqını SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb

Gunaz.tv

Bu gün AP-də keçirilən səsvermədə 598 deputat qərarın lehinə, 9-u əleyhinə səs verib.

Parlament üzvləri son dövrlədə İranda etirazçıların edam edilməsindən dəhşətə düşdüklərini bəyan ediblər.

“İnqilab Keşikçiləri öz xalqını və bütün regionu terrorla təhdid etdiyi müddətcə onlara terrorçu kimi yanaşacağıq və onları sanksiyalar siyahısına əlavə edəcəyik”, - deyə almaniyalı deputat Hannah Neumann bildirib.

AP-nin 19 yanvarda İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına əlavə edilməsinə çağırış da daxil olmaqla İranla bağlı növbəti qətnaməni qəbul edəcəyi gözlənilir.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına əlavə edilməsindən sonra bu qrupa üzvlüyə, onun iclaslarında iştiraka və simvollarını ictimai məkanlarda daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulacaq. (apa)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar