SON XƏBƏRLƏR

Avropa Birliyi Məhsa Əmininin qətlini pisləyib, Fransa əxlaq polisinin zorakılığını tənqid edib

2022.09.20, 08:25
Avropa Birliyi Məhsa Əmininin qətlini pisləyib, Fransa əxlaq polisinin zorakılığını tənqid edib

Gunaz.tv

Avropa Birliyi yaydığı bəyanatda Məhsa Əmininin polis bölməsində olduğu zaman xəsarətlər aldığını qeyd edib. 

"Onun başına gələnlər qəbuledilməzdir, bu qətli törədənlər cavab verməlidir"-deyə, bildirilib.

AB İran hakimiyyətindən vətəndaşların fundamental hüquqlarına hörmət etməsini tələb edib və həbsdə olanların hər hansı formada pis rəftara məruz qalmalarının qarşısının alınmasının vacibliyini qeyd edib.

Fransa Xarici İşlər Nazirliyi də gənc qadının öldürülməsi ilə bağlı bəyanat yayıb.

“Məhsa Əmininin İranın əxlaq polisinin əli ilə həbsi və sonradan ölümü sarsıdıcıdır. Fransa bu həbsi və onun ölümünə səbəb olan zorakılığı pisləyir"-deyə, Fransa Xarici İşlər Nazirliyi bildirib.

Bununla yanaşı, AMerika dövlət katibi Entoni Blinken İran hökumətini qadınlara qarşı sistematik təzyiqlərə son qoymağa və dinc etirazların keçirilməsinə icazə verməyə çağırıb.

Amerikanın İran üzrə xüsusi nümayəndəsi Robert Mali, Amerika Dövlət Departamentinin sözçüsü ned Prays və BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman da ayrı-ayrı bəyanatlarda Məhsa Əmininin öldürülməsini pisləyiblər.

Cavid Rəhman, İnsan Haqları Şurasında İranda məcburi hicaba qarşı qətnamənin təsdiq edilməsini tələb edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar