SON XƏBƏRLƏR

Avropa Birliyi İranı edamlara son qoymağa çağırdı

2023.01.10, 14:38
Avropa Birliyi İranı edamlara son qoymağa çağırdı

Gunaz.tv

AB təmsilçisi Xarici Siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borelin həbs edilmiş iki etirazçı Məhəmməd Mehdi Kərəmi və Məhəmməd Hüseyninin edam edilməsi ilə bağlı mesajını çatdırıb.

Stefano Sanino məhbusların edamına görə Avropa Birliyinin dəhşət içərisində olduğunu bildirib.

Avropa Birliyinin istənilən halda ölüm hökmünün əleyhinə olduğuna diqqət çəkən Sanino Avropa Birliyi və üzv ölkələrin İranın hərəkətlərinə qarşı həmrəy olduğunu söyləyib.

Qeyd edək ki, İran məhkəmə sistemi etiraz aksiyalarında iştirak edən onlarla məhbusa qarşı edam cəzası qərarı çıxarıb və onlardan dördünün cəzası icra edilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar