Avropa Birliyi İrana qarşı yeni sanksiyalar tətbiq etdi

18.10.2022, 05:15

İslam Respublikasının əxlaq polisi və Rabitə Nazirliyi də sanksiyalar siyahısına salınıb.

Gunaz.tv Quote | Gunaz article

Avropa Birliyi Məhsa Əmininin öldürülməsi və ümumölkə etirazların yatırılması ilə əlaqədar İranın 15 şəxs və qurumuna sanksiya tətbiq edib.

Əxlaq polisi qüvvələrin rəhbəri Məhəmməd Rüstəmi, həmçinin bu qurumun Tehran bölməsinin rəhbəri Hacı Əhməd Mirzayi Avropa Birliyi tərəfindən sanksiyaya məruz qalıb.

Avropa Birliyi həmçinin İranın informasiya və rabitə texnologiyaları naziri İsa Zarepurun adını internetin bağlanmasındakı roluna görə sanksiya tətbiq edilən şəxslərin siyahısına salıb.

Britaniya Xarici İşlər Nazirliyi, həmçinin əxlaq polisinin rəsmilərinə, SEPAH-ın Bəsic Qüvvələrinin rəhbəri Qulamrza Süleymaniyə, İran Polis Qüvvələrinin xüsusi bölməsinin komandiri Həsən Kərəmiyə və komandir Hüseyn Aştariyə də sanksiya tətbiq edib. 

Avropa Birliyi sanksiyalarına səyahət qadağaları və aktivlərin dondurulması daxildir. Bununla yanaşı AB vətəndaşları və şirkətlərinin adları siyahıya salınmış fiziki və hüquqi şəxslərə vəsait ayırması qadağan edilib.

İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Avropa Birliyinin Tehrana qarşı yeni sanksiyalarına cavab olaraq Avropanın müvafiq şəxsləri və qurumlarına qarşı əks sanksiyaların tətbiq olunduğunu açıqlayıb.

Hüsyein Əmirabdullahian tvitində İrana qarşı etirazları yatırtması səbəbindən tətbiq edilən yeni sanksiyaları "hesablama xətası", "qeyri-konstruktiv" və "çoxlu yalan məlumatlara əsaslanan" adlandırıb.

O, həmçinin İslam Respublikasına qarşı sanksiyaların “zəif və təsirsiz vasitə” olduğunu iddia edib.

"Politiko" nəşrinin bildirdiyinə görə, İran bir neçə gün öncə bir qrup avropalı diplomata xüsusi məktub göndərib.

Molla rejimi xalq etirazlarını ölümcül şəkildə yatırtdığı üçün Tehrana qarşı insan haqları sanksiyalarını təsdiqləməyə çalışdıqları üçün onları təhdid edib.

"Politiko" bildirir ki, İran İslam Respublikasının Brüsseldəki səfiri Qulamhüseyn Dehqaninin avropalı diplomatlara yazdığı məktubda İranda etirazlarla bağlı bir çox məlumatların təhrif edildiyi iddia edilib.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22