SON XƏBƏRLƏR

Avropa Üçlüyü: "İran nüvə sazişi öhdəliklərini pozmaqda davam edir"

2022.12.20, 12:31
Avropa Üçlüyü: "İran nüvə sazişi öhdəliklərini pozmaqda davam edir"

Gunaz.tv

Birgə bəyanatda BMT-nin 2231 saylı qətnaməsini pozmaqla yanaşı, Tehran hökumətinin nüvə sazişi öhdəliklərinə əməl etmədiyi vurğulanıb.

Bu bəyanat dekabrın 19-da 2231 saylı qətnamənin icrası ilə bağlı BMT Qəyyumlar Şurasının iclasından sonra verilib.

Açıqlamaya əsasən, Qəyyumlar Şurasının bu iclasında İranın raket proqramı, İran tərəfindən regionda və Yaxın Şərqdən kənarda pilotsuz təyyarələr və raketlər kimi silahların paylanması müzakirə edilib.

Bu üç Avropa ölkəsinin fikrincə, İranın fəaliyyətləri “heç bir əsası olmayan” və nüvə silahının yayılması riskini əhəmiyyətli dərəcədə artıran hərəkətlərdir.

Britaniya, Fransa və Almaniya İranın nüvə proqramının irəliləyişinin misilsiz olduğunu vurğulayaraq, Nətənz və Ferdos nüvə kompleksində zənginləşdirilmiş uran istehsalı imkanlarının artırılmasının “bir neçə nüvə bombası üçün parçalanan materialların toplanması üçün tələb olunan vaxtı azaldacağını” qeyd ediblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar