SON XƏBƏRLƏR

Avropa İttifaqı Ukraynaya 600 milyon avro yardım ayırıb

2021.10.25, 14:02
Avropa İttifaqı Ukraynaya 600 milyon avro yardım ayırıb

Gunaz.tv

Bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.

“Bu gün, oktyabrın 25-də Ukrayna Avropa İttifaqından makromaliyyə yardımının 600 milyon avro məbləğində maliyyə yardımını alıb”, - nazirlikdən bildirilib.

Məlumata görə, Ukrayna 2036-cı ilin aprel ayınadək bu məbləği Avropa İttifaqına 0,250 faizlə qaytaracaq.

Nazirlikdən vurğulanıb ki, bu maliyyə dövlət büdcəsinin tələblərinə və Ukraynanın dövlət büdcəsinin təlabatının azaldılmasına xərclənəcək.

Ukraynanın 5 makromaliyyə proqramının reallaşması çərçivəsində Avropa İttifaqından 2014-2021-ci illərdə aldığı yardımın məbləği 5,01 milyard avroya çatıb. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar