SON XƏBƏRLƏR

Avstraliyadakı iranlılar xalq etirazlarına dəstək aksiyası keçiriblər

2022.09.27, 08:18
Avstraliyadakı iranlılar xalq etirazlarına dəstək aksiyası keçiriblər

Gunaz.tv

Avstraliyanın “ABC” xəbər agentliyinin məlumatına görə, Pert şəhərinin qərbində keçirilən bu aksiyada bir neçə qadın İrandakı etirazçılarla həmrəylik əlaməti olaraq saçlarını kəsib.

Onlar dünyadan İranın etirazlarına diqqət yetirməyi, İran xalqlarının aksiyalarına dəstək vermək üçün tələsmələrini istəyiblər.

Nümayişçilərin əksəriyyəti ya Avstraliyada doğulmuş, ya da uşaq ikən bu ölkəyə mühacirət etmiş ikinci nəsil iranlılar olub. 

Onlar “ABC” telekanalına deyiblər ki, İrandan uzaqda Avstraliyada olmaq və İran xalqlarının demokratiya tərəfdarı etirazlarını uzaqdan izləmək onlar üçün çox çətindir.

Pert şəhərindəki iranlıların toplantısının təşkilatçısı Mehdi Qatei “ABC” telekanalına bildirib ki, o, bu şəhərdə heç vaxt İran hökumətinə qarşı bu qədər geniş etiraz aksiyası keçirilməyib.

"İran xalqlarının azad media və tribunası olmadığı üçün onlar bizə daima deyirlər ki, siz xaricdə bizim səsimiz olun"-deyə, Qatei bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar