SON XƏBƏRLƏR

“Vurulan təyyarədə ölənlərdən 7 nəfərinin şəxsiyyətini hələ ki, müəyyənləşdirə bilməmişik”- İrandan rəsmi açıqlama

2021.10.20, 07:36
“Vurulan təyyarədə ölənlərdən 7 nəfərinin şəxsiyyətini hələ ki, müəyyənləşdirə bilməmişik”- İrandan rəsmi açıqlama

Gunaz.tv

GünAz TV: Tehran əyalətinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Mehdi Foruzeş “Sepah”ın vurduğu Ukrayna təyyarəsinin sərnişinlərindən 7 nəfərinin şəxsiyyətini hələ ki, müəyyənləşdirə bilmədiklərini deyib.

 

O, bu istiqamətdə digər ölkələrdən DNT məlumatlarının göndərilməsini gözlədiklərini bildirib.

 

Mehdi Foruzeş iddia edib ki, digər ölkələrdən olan həmkarları İran Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin çevik işləməsindən “heyrətə gəliblər”.

 

Rəsmi sonda qeyd edib ki, ölən sərnişinlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi zamanı ümumilikdə ərazidən onların 1100-dən çox bədən üzvü tapılıb. Sonradan hansı üzvü kimə aid olması müəyyənləşdirilib.

 

Xatırladaq ki, sözügedən hadisə zamanı təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı ölmüşdü.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar