SON XƏBƏRLƏR

Vyanada Azərbaycan silahlı Qüvvələrinin 90-illiyinə həsr edilmiş tədbir keçirilmişdir

2021.10.20, 07:36
Vyanada Azərbaycan silahlı Qüvvələrinin 90-illiyinə həsr edilmiş tədbir keçirilmişdir

Gunaz.tv
Vyanada Azərbaycan silahlı Qüvvələrinin 90-illiyinə həsr edilmiş tədbir keçirilmişdir Avstriya, Vyana, 26 /Trend News müxbir A.Ələskərov/ Bu gün ATƏT-in Hofburq sarayında Azərbaycan silahlı Qüvvələrinin 90-illiyinə həsr edilmiş təntənəli tədbir keçirilmişdir. Səfirin, hərbi ataşenin və digər diplomatların qatıldığı tədbiri Azərbaycanın Avstriyadakı səfirliyi təşkil edilmişdir. Vyanada akreditə olunmuş müxtəlif xarici ölkələrin hərbi və diplomatik korpusun nümayəndələri iştirak edirdilər. Azərbaycan silahlı Qüvvələrinin hal hazırki vəziyyəini əks etdirən kino göstərilmişdir. Çıxış edən səfir Fuad İsmaylov bildirmişdir ki, Azərbaycan ordusu böyük nailiyyətlər əldə etmişdir. O, Azərbaycan ordusunun quruculuğundan və onun NATO və BMT kimi təşkilatlarla əməkdaşlığından danışdı. Tədbirin sonunda qonaqlar üçün ziyafət verildi. trend ------------------------------------------------------------------- Azərbaycanın şimal-qərbində hərbi uçuşlar həyata keçirilib Azərbaycan, Şəki, 26 iyun / Trend News , müxbir S.Fətəliyev/ Azərbaycan Milli Ordusunun yaranmasının 90 illik yubileyi ilə bağlı paytaxt Bakıdan 450 km. şimal-qərbdə yerləşən Balakən rayonunda hərbi uçuşlar həyata keçirilib. Trend News-un arayışı: 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası (ADR) cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görüb. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Ordu quruculugu məsələsi çox çətin və mürəkkəb bir prosesdir. ADR yaranan zaman Azərbaycanda milli ordu tamamilə yox idi. Ordusuz dövlət yaşaya bilməz. O vaxt isə vəziyyət olduqca gərgin idi. Gənc Azərbaycan Demokratik Respublikasını parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli fikirlərini bildirirdilər. Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər göstərməyə başladı. 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikası Ali Soveti ordunun yaradılması haqqında qanun qəbul edib. Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib. Uçuşlar Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti və Balakən Aviasiya Mərkəzi tərəfindən aparılıb. Hərbi uçuşlarda “YAK- 52” qırıcı və “AN- 2” təyyarələrindən istifadə edilib. Hərbi uçuşlarda 15 paraşütçü müxtəlif manevrlər nümayiş etdirib. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar