SON XƏBƏRLƏR

WP: Səudiyyəli şahzadə öldürülən jurnalisti təhlükəli islamçı adlandırıb

2021.10.20, 07:36
WP: Səudiyyəli şahzadə öldürülən jurnalisti təhlükəli islamçı adlandırıb

Gunaz.tv

GünAz Tv: Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ağ evlə telefon söhbəti zamanı qətlə yetirilən jurnalist Camal Qaşıqçını təhlükəli islamçı kimi xarakterizə edib.

 

Bu barədə The Washington Post qəzeti yazıb.

 

Bildirilir ki, bu sözlər Donald Trampın kürəkəni Cared Kuşner və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla söhbət zamanı deyilib.

 

Səudiyyəli şahzadə Qaşıqçını “Müsəlman qardaşları” qruplaşmasının tərəfdarı adlandırıb.

 

Bununla da o, Vaşinqtonu Ər-Riyadla yaxın münasibətləri qoruyub saxlanılmasının vacibliyinə inandırmağa çalışıb.

 

Jurnalistin ailəsi isə C. Qaşıqçının “Müsəlman qardaşları” ilə əlaqəsini inkar edib. Oxu.az

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar