SON XƏBƏRLƏR

Wulffun Yerinə Keçəcək Adam Müəyyən Oldu

2021.10.20, 07:36
Wulffun Yerinə Keçəcək Adam Müəyyən Oldu

Gunaz.tv

Wulffun Yerinə Keçəcək Adam Müəyyən Oldu

Günaz TV: Almaniyada iqtidar və müxalifət, respublika başçısı namizədi olaraq insan haqqları müdafiəçisi Joachim Gauck üzərində razılaşdı.

Almaniyada respublika başçısı namizədi mövzusunda, eski Şərq Almaniyada insan haqqları müdafiəçisi olaraq fəaliyyət göstərən eski  protestant keşiş Joachim Gauck üzərində razılaşma olundu.

Almaniya Baş naziri Angela Merkel, baş nazirlikdə digər partiyaların idarəçiləriylə bir araya gəldiyi görüşmədən sonra ortaq mətbuat konfransı təşkil etdi.Baş nazir Merkel, Gauckun, eski Şərq Almaniyada rahib olaraq azadlıq üçün mübarizə etdiyini söylədi. Baş nazirlikdəki yığıncağa qatılan partiyaların nümayəndələri də Gaucka dəstək verdiklərini açıqladı.Prezidentliyinə namizəd göstərildiyini qısa müddət əvvəl öyrəndiyi üçün hələ üzərindəki şaşkınlığını atamayan  Gauck , partiyaların bu mövzuda uzlaşma təmin etməsinə çox sevindiyini söylədi. S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar