SON XƏBƏRLƏR

Xalq etirazları səbəbindən İranda keçiriləcək Yunan-Roma güləşi üzrə dünya çempionatı ləğv edilib

2021.10.20, 07:36
Xalq etirazları səbəbindən İranda keçiriləcək Yunan-Roma güləşi üzrə dünya çempionatı ləğv edilib

Gunaz.tv

GünAz TV: Beynəlxalq Güləş Federasiyasının İcra Komitəsi İranda keçiriləcək Yunan-Roma güləşi üzrə dünya kubokunun ləğv edildiyi barədə məlumat yayıb.  

 

Federasiyanın rəsmi saytında dərc edilən bəyanata əsasən, bu qərar İcra Komitəsinin ötən gün İstanbulda keçirdiyi iclas zamanı qəbul edilib.

 

Qeyd etmək lazımdır ki, 2019-cu il Yunan-Roma güləşi üzrə dünya kubokunun noyabrın 28-i və 29-da Tehranın Azadi İdman Kompleksində keçirilməsi nəzərdə tutulurdu.

 

Ötən həftə İranda benzinin bahalaşmasında sonra ölkənin demək olar ki, hər yerində xalq etirazları başlamışdı. Cərəyan edən hadisələr zamanı 250-dən çox insan təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb, 5 minə yaxın etirazçı isə saxlanılıb.

 

Beynəlxalq Güləş Federasiyası etirazları və üzv ölkələrin Xarici İşlər Nazirliklərinin öz vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırmasını nəzərə alaraq, Tehranın yarışa ev sahibliyi etmə hüququnu ləğv edib. Qərarın qəbul edilməsindən öncə 2 ölkə Federasiyaya etirazlar və ondan sonra baş verən proseslər səbəbindən Tehranda keçiriləcək dünya çempionatına qatılmayacaqlarını bildiriblər.

 

İran media orqanları həmin ölkələrin Yaponiya ilə Macarıstan olduğunu bildirirlər.

 

Federasiya qərarın idmançıların təhlükəsizliyinin təmin edilməsi üçün qəbul edildiyini bəyan etsə də, yarışın nə vaxt keçiriləcəyi barədə dəqiq tarix göstərməyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar