Xalxalda farsdilli bələdiyyə məmurunun kobud hərəkəti etiraz doğurdu -VİDEO

2021-04-30 12:59

Güney AzərbaycanınXalxalda farsdilli bələdiyyə məmurunun səyyar satıcıya qarşı kobud hərəkəti etirazlara səbəb olub.  

Gunaz.tv Quote | Gunaz article

Sosial mediada fəallar bələdiyyə məmurunu sərt tənqid ediblər.

Qeyd edək ki, təbii sərvətlərinə görə ən zəngin bölgələrdən biri olan Xalxal mahalı iqtisadi cəhətdən ölkənin ən geri qalmış məntəqələrindən birinə  çevrilib. Bunun əsas səbəbi iəs yarıtmaz idarəçilikdir.

Mahal əhalisinin bir qismi yaşayış minimumlarını təmin etmək üçün müxtəlif müvəqqəti işlərlə məşğul olmaq məcburiyyətindədirlər.

Bölgədə, xüsusilə Xalxal şəhərində iş yerlərinin olmaması bir çoxlarını çox az sərmayə ilə səyyar satıcılığa sövq edib.

Ancaq Xalxal bələdiyyəsi və icra hakimiyyəti buna da imkan vermir.

Xalxalda bələdiyyə işçilərinin səyyar satıcıya qarşı kobud və aşağılayıcı davranışları ilə bağlı yayılan son video güneyli sosial media istifadəçiləri arasında geniş müzakirə və etirazlara səbəb olub.

Videodan göründüyü kimi iki bələdiyyə işçisi farsdillidir. Son illər Ərdəbil əyalətinin bir sıra bölgələrinə, o cümlədən Xalxal, Nəmin və Nir mahallarına yerli olmayan farsdilli məmurların və məsulların təyin olunması dəfələrlə yerli əhalinin etirazları ilə qarşılanıb.

Xatırladaq ki, bundan bir müddət öncə öncə Kövsər və Xalxalın İran parlamentindəki nümayəndəsi Bəşir Xaliqi bölgədən böyük şəhərlərə, özəlliklə Tehrana köçün artdığını demişdi.

O, məcburi miqrasiya nəticəsində Kövsər əhalisinin 50 mindən 22 minə, Xalxal əhalisinin isə 91 mindən 85 min nəfərə düşdüyünü söyləmişdi.

“Belə davam edərsə uzağı 10 il ərzində yaşayışsız və boş qalan Xalxal, Kövsər mahallarının açarını əyalətin qubernatoruna verməli olacağıq”-deyən Bəşir Xaliqi vəziyyətin acınacaqlı olduğuna işarə etmişdi.

Ərdəbilin İdarəetmə və Planlaşdırma Təşkilatının İqtisadi İşlər şöbəsinin müdiri mətbuata verdiyi açıqlamada əyalətdə son illər ərzində 211 kəndin tamamilə boşaldığını, əhalinin başqa böyük şəhərlərə mühacirət etdiyini deyib.

Ərdəbil Yollar və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma və Memarlıq işləri üzrə direktoru da Ərdəbil və Parsabad şəhərləri istisna olmaqla başqa şəhər və kəndlərdə əhali artmının mənfi olduğunu bildirib.

C.E

 


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Zənganda su böhranı yaşanır

2021-05-18

gun az article

İran PUA-sı Azərbaycan sərhədində uçuşlar edib-FOTOLAR

2021-05-18

gun az article

Güney Azərbaycanda koronavirus mənzərəsi: Əyalətlər üzə son STATİSTİKA

2021-05-18

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2021-05-18

gun az article

Axtarışda olan Azərbaycan vətəndaşları Tehranda aksiya keçirib-FOTO, VİDEO

2021-05-18

gun az article

Təbrizdə cinayətkar şəbəkə ifşa edildi

2021-05-18

gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17