Güneydə su qıtlığı: Xalxalda Sudan İstifadəyə Nəzarət Polisi yaradılıb

2021-07-01 13:10

Güney Azərbaycanın Xalxal mahalında Sudan İstifadəyə Nəzarət Polisi yaradılıb. Bu barədə Su və Kanalizasiya Şirkətinin başçısı Sacid Cəfərzadə məlumat verib.

Gunaz.tv Quote | Gunaz article

İyulun 1-də Xalxalda içməli su böhranının müzakirəsinə həsr olunmuş iclasda çıxış edən Sacid Cəfərzadə quraqlıq və yeraltı su qaynaqlarının tükənməsi nəticəsində yaranacaq problemlıərdən danışıb.

O, bildirib ki, bölgənin müxtəlif yerlərində içməli su kəsintiləri olacaq.

S.Cəfərzadə böhranın daha da dərinləşəcəyinə diqqət çəkib. Əlavə edib ki, sudan qeyri-zəruri sahələrdə, o cümlədən xalça və avtomobil yumada, bağçaları suvarmada istifadəyə qadağa qoyulacaq.

Sacid Cəfərzadə bunun üçün Sudan İstifadəyə Nəzarət Polisinin yarandığını, onun fəaliyyətə başladığını və sudan qeyri-zəruri sahələrdə istifadə edənlərə qarşı tədbirlər görüləcəyini açıqlayıb.

 Su və Kanalizasiya Şirkətinin başçısı quyuların, bulaqların və başqa su qaynaqlarının quruduğunu, su ehtiyatlarının azaldığını vurğulayıb və Xalxal kəndlərinin bir çoxunun içməli su çatışmazlığından əziyyət çəkdiyini deyib.

“Bundan sonra içməli su qıtlığı olan kəndlərə su tankerləri vasitəsilə içməli su çatdırılacaq və bunun təmin üçün dövlət sektorundan başqa özəl sektorunda xidmətindən istifadə olunacaq”-deyə, əhalini sudan istifadədə qənaət etməyə çağırıb.

Ərdəbi əyalətinin Su və Kanalizasiya Şirkətinin başçısı Əlirza Nemət Sultani “MEHR” informasiya agentliyinə verdiyi müsahibədə şirkətin nəzarətində olan kəndlərdən 650-nin bulaq və quyu sularından istifadə etdiklərini, 122 kəndin əhalisinə 11 su tankeri ilə içməli su daşındığını bildirmişdi.

Qeyd edək ki, su qıtlığı İranın və Güney Azərbaycanın çox bölgələrində ciddi problemə çevrilib. Bundan bir müddət öncə Xiyav mahalının ətraf kəndlərinin əhalisi içməli su qıtlığına etiraz olaraq Ərdəbil-Xiyav yolunu bağlayıb və etiraz aksiyası keçirmişdilər.

Əlaqədar qurumlar və məsullar su böhranı ilə bağlı bütün problemləri quraqlıqla bağlayırlar. Ancaq mütəxəssislər hesab edir ki, su böhranının əsas səbəbi su təsərrüfatında yanlış idarəetmədir.

Cari ayın birinci yarısında İranın 13-cü dövr prezidentliyinə namizəd İbrahim Rəisi Urmu şəhərində seçki qabağı təşviqat kampaniyası zamanı bu problemdən danışmışdı.

"Ölkədə iddia olunduğu kimi su qıtlığı yoxdur. Problem mövcud su qaynaqlarının düzgün idarə edilməsindədir"-deyə, İ.Rəisi bildirmişdi.

C.E


Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:  
Quraqlıq Ərdəbil əkinçilərini müflis edib

Güney Azərbaycanda su qıtlığı təhlükəli həddə çatıb-Ərdəbilin 122 kəndində su tapılmır

Xiyavda içməli su qıtlığı: Qadınlar yolu bağladı-VİDEO-FOTO

Zəngan Əbhər mahalında su qıtlığı: İcra nümayəndəsindən təhlükə xəbərdarlığı

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16

gun az article

Ərdəbildə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib

2021-09-16