GünAzTV: İranın dini lideri Əli Xamneyi noyabrın 16-da bir qrup İsfahan əhalisi ilə görüşərək Amerikada keçirilmiş prezident seçkilərindən və onun nəticəsindən danışıb.
Xamneyi, ABŞ-ın yeni prezidenti Donald Trampın adını çəkmədən deyib ki, İran İslam Respublikası Amerika seçkilərinin nəticəsindən nigaran deyil: “Biz Amerika seçkiləri haqda hər hansı fikir irəli sürmürük. Çünki Amerika elə əvvəlki Amerikadır və son 37 ildə bu iki partiyadan (Demokratlar və Respublikaçılar) hansının iş başında olmasından asılı olmayaraq, onlardan bir xeyir iş görməmişik. Onların yalnız şəri İran xalqına qismət olub.
Bu gün, dünyada Amerika seçkilərinin nəticəsindən yasa batanlardan və ya sevinənlərdən fərqli olaraq, biz bu seçkinin nəticəsindən nə narahat olub yasa batırıq, nə də sevinirik. Bunun bizim üçün heç bir fərqi yoxdur. Biz bu məsələdən nigaran da deyilik və baş verə biləcək mümkün hər hansı bir hadisə ilə üz-üzə durmağa da hazırıq”.
A.M