SON XƏBƏRLƏR

Xamneyi: “Axşamkı hücumla amerikalılara yalnız şillə vurduq, intiqam qarşıdadır”

2021.10.20, 07:36
Xamneyi: “Axşamkı hücumla amerikalılara yalnız şillə vurduq, intiqam qarşıdadır”

Gunaz.tv

GünAz TV: İranın “dini lider”i Əli Xamneyi ölkəsinin İraqda Amerika bazalarına endirdiyi raket zərbələrinə münasibət bildirib.

 

Amerika əleyhinə kəskin ifadələr işlədən Xamneyi bu hücumun “amerikalılara vurulmuş yalnız 1 şillə” olduğunu deyib.

 

O, Qum əhalisi ilə görüşündə İnqilab Keşiçkiləri Korpusunun Amerikanın İraqda yerləşən bazalarına hücumuna dəstək nümayiş etdirib.

 

“Axşamki raket hücumları amerikalılara vurduğumuz şillə idi, intiqam qarşıdadır”,- deyə “dini lider” əlavə edib.

 

Xamneyi çıxışının digər hissəsini “Qüds Briqadası”nın öldürülmüş komandanı Qasım Süleymaninin öyməyə həsr edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar