Xamneyi azərbaycanlılarla görüşdə: “Ölkədə milli barışığın mənası yoxdur”

2017-02-15 17:21

GünAzTV: İranın dini lideri Əli Xamneyi fevralın 15-də Şərqi Azərbaycan əyalətinin bir qrup əhalisi ilə görüşərək azərbaycanlıların son 130 ildə ölkənin ictimai və siyasi həyatında oynadığı mühüm rolundan və keçmiş prezident Məhəmməd Xatəminin ölkədə “Milli Barışıq” elan olunması ilə bağlı irəli sürdüyü təklifindən danışıb.

 

İrandakı mövcud etnik müxtəlifliyini, o cümlədən də türk, fars, lor, ərəb və bəluc etniklərin mövcudluğunu ölkə üçün dəyərli bir fürsət saydığını bəyan edən Xamneyi deyib ki, Azərbaycan, islam inqilabının əsas gücü və dayağıdır. O bildirib ki, azərbaycanlıların ölkənin düşmən qarşısında müdafiəsi və onun milli birliyinin qorunması uğrunda canlarından maya qoyması və bu yolda fədakarlıq etməsi təqdirə layiqdir: “Azərbaycan əhalisi son 130 ildə ölkənin mühüm ictimai və siyasi həyatında, o cümlədən də “Tənbəki”, “Məşrutə” və “Neft Sənayesinin Milliləşdirilməsi” hərəkatlarında, islam inqilabının qələbə çalmasında və 8 illik müharibə illərində mühüm rol oynayıb. Bu isə Azərbaycanın iftixar dolu tarixinin əsas göstəricisidir. Düşmən, həmişə ölkə etnikləri arasında ixtilaf salmağa və bu ixtilaflardan öz maraqları üçün istifadə etməyə çalışır. Lakin bizdə belə bir ixtilaf və zəif cəhət yoxdur.  Çünki xalq müttəfiq və bütövdür”.

 

Xamneyi öz çıxışında İranın keçmiş prezidenti Məhəmməd Xatəminin adını çəkmədən onun bir həftə əvvəl ölkədə “Milli Barışıq” elan olunması ilə bağlı irəli sürdüyü təklifini kəskin rədd edib: “Son günlər bəziləri milli barışıq məsələsini ortaya atır, bu barədə fikir irəli sürürlər. Mənim nəzərimə görə ölkədə milli barışıq söhbəti mənasızdır. Məgər insanlar bir-birindən küsüb ki, indi gəlib barışsınlar. Ölkədə insanlar arasında heç bir küsü yoxdur. Əlbəttə, bir şey var. O da budur ki, bizim insanlar, 2009-cu ildə “Aşura” gününü təhqir edənlərdən, qəddarlıqla və həyasızcasına “Bəsic” təşkilatının üzvü olan bir gənci küçədə soyundurub döyənlərdən küsüblər və onlarla barışmaq da istəmirlər”.

 

Qeyd edək ki, İranın keçmiş prezidenti Məhəmməd Xatəmi bir həftə əvvəl yaydığı bir bəyanatda Amerikanın yeni prezidenti Donald Trampın İrana qarşı “təhdid”inə və 6 ildir ev dustaqlığında saxlanılan “yaşıl hərəkat” liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin həbsinə toxunaraq ölkədə “Milli Barışıq” elan olunması barədə təklif irəli sürüb: “Ev dustaqlığında və həbsdə saxlanılanların bu inqilaba və bu ölkəyə ürəyi yanır. Onlar da xarici təhdidlərə həssaslıq yanaşır, ona qarşı mövqe tuturlar. Hesab edirəm ki, biz bu fürsətdən istifadə edərək ölkədə milli barışığın yaranmasına şərait yaratmalı, bu yolla islamın, inqilabın, ölkənin və millətin mənafeyi uğrunda hərəkət etməliyik”.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Antonio Quterreş yenidən BMT-nin Baş katibi təyin olunub

2021-06-18

gun az article

Ərdoğan BMT-nin fəaliyyətini tənqid etdi

2021-06-18

gun az article

Qarabağda 13 mindən çox əmlakın inventarlaşdırılması başa çatıb

2021-06-18

gun az article

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

2021-06-18

gun az article

Azərbaycan Trans-Baltik kəməri ilə Ukraynaya qaz ixrac edə bilər

2021-06-18

gun az article

İranın Kürdüstan əyalətində səyyar səs qutusunu daşıyan mikroavtobus qəzaya uğrayıb: 1 ölü, 6 yaralı

2021-06-18

gun az article

İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

2021-06-18

gun az article

Əhmədinejad: “Bu seçkinin nəticəsi xalqın ziyanına olacaq”

2021-06-18

gun az article

Kremldən növbəti Qarabağ XƏBƏRDARLIĞI

2021-06-18

gun az article

İranın daxili işlər naziri: “Heç bir seçki məntəqəsində səsvermə prosesi dayandırılmayıb”

2021-06-18

gun az article

XİN: Ermənistan XİN-in beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir

2021-06-18

gun az article

Həsən Ruhani, Cavad Zərif və keçmiş prezident Məhəmməd Xatəmi səs verib

2021-06-18

gun az article

Xamneyi: “Hamı bu böyük milli sınaqda iştirak etməlidir

2021-06-18

gun az article

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb

2021-06-18

gun az article

ABŞ Türkiyənin Kabil hava limanının mühafizəsi ilə bağlı qərarını alqışlayıb

2021-06-18

gun az article

Azərbaycan və Rusiya arasında Xəzər dənizi məsələləri ilə bağlı məsləhətləşmələr keçirilib

2021-06-18

gun az article

Bu gün İranda 13-cü prezident seçkiləri keçirilir

2021-06-18

gun az article

Şimal bölgəsində yanğının söndürülməsinə 270 canlı qüvvə və helikopter cəlb edildi

2021-06-17

gun az article

Koronavirusa yoluxma sayı 178 milyonu ötdü

2021-06-18

gun az article

Putin Dumaya seçkilər təyin etdi

2021-06-18