SON XƏBƏRLƏR

Xamneyi: “Biz, inqilabın namusu kimi sayılan mövzularda Amerika ilə müzakirə aparmayacağıq”

2021.10.20, 07:36
Xamneyi: “Biz, inqilabın namusu kimi sayılan mövzularda Amerika ilə müzakirə aparmayacağıq”

Gunaz.tv

GünazTV: İranın dini lideri Əli Xamneyi mayın 29-da ali təhsil ocaqlarının müəllimləri və işçiləri ilə görüşərək, Amerika ilə müzakirələr aparılması məsələsinə münasibət bildirib.

 

Öz çıxışında ABŞ prezidentinin və digər Amerika rəsmilərinin İranla danışıqlar aparılması ilə bağlı səsləndirdiyi fikirlərə toxunan vuran Xamneyi deyib ki, rəsmi Tehran, islam inqilabı üçün (rejim üçün) önəm daşıyan məsələlər barədə Amerika və Avropa Birliyi ilə danışıqlar aparmayacaq: “Xarici medianın hay-küylə haqqında danışdığı müzakirə, əslində müzakirəyə qayıtmaq deyil, Amerika ilə müzakirə aparmaq anlamındadır. Bu isə bizim üçün ziyanlıdır.

 

Mənim avropalılarla və ya başqaları ilə danışıqlar aparmaqla problemim yoxdur. Lakin hesab edirəm ki, onlarla dialoq aparılması üçün əsas məsələ, müzakirə mövzusunun təyin olunmasıdır. Biz, inqilabın namusu kimi sayılam mövzularda Amerika ilə müzakirə aparmayacağıq. Biz, hərbi gücümüz barədə də onlarda danışıqlar aparmayacağıq. Düşünürəm ki, Amerika ilə müzakirə aparmağın nəinki bizə xeyri yoxdur, hətta ziyanı da var” –deyə Xamneyi əlavə edib.

 

Xamneyi həmçinin bildirib ki, Vaşinqtonun Tehrana qarşı təzyiqinin qarşısını almaq üçün İranın özünü qorumaq üçün nüvə silahı istehsal etməsinə ehtiyac yoxdur və İran özünün təzyiq imkanlarından istifadə edərək, Amerikanın İrana qarşı təzyiq strategiyasının qarşısında dayana bilər.

 

 

Xatırladaq ki, mayın 27-də Tokioya səfər edən ABŞ prezidenti Donald Tramp, Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşündən sonra jurnalistlərə açıqlamasında hökumətinin İranla bağlı siyasətindən danışıb.

 

 

O deyib ki, Vaşinqton İranda hakim rejimi devirmək fikrində deyil: “Hesab edirəm ki, İran hətta  indiki rəhbərliyi ilə də dünyada böyük bir ölkəyə çevrilə bilər. Onun buna şansı var. Açığını deyim ki, biz, İran rejimini dəyişmək niyyətində deyilik. Biz, sadəcə olaraq, İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq istəyirik. Mənə elə gəlir ki, İran hansısa bir razılaşmanın əldə olunmasını istəyir. Bu isə iranlıların güclü zəkasının göstəricisidir. Şəxsən inanıram ki, Tehranla Vaşinqton yeni bir sazişə nail ola bilər” –deyə Tramp vurğulayıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar