SON XƏBƏRLƏR

Xamneyi dəniz qüvvələri komandirlərinə səsləndi: “Bacardığınız qədər hərbi gücünüzü artırın”

2021.10.20, 07:36
Xamneyi dəniz qüvvələri komandirlərinə səsləndi: “Bacardığınız qədər hərbi gücünüzü artırın”

Gunaz.tv

GünAzTV: İranın dini lideri Əli Xamneyi noyabrın 28-də İran ordusu dəniz qüvvələri komandirləri ilə görüşündə “xarici düşmənlərin təhdidi”ndən və həmin təhdidlər qarşısında ölkənin hərbi gücünün gündən-günə yüksəldilməsinin vacibliyindən danışıb.

 

Xamneyi deyib ki, İran ordusu dəniz qüvvələri o qədər güclü olmalıdır ki, düşmənlər İslam respublikasını təhdid etməyə belə cürət etməsinlər: “Bacardığınız qədər hərbi gücünüzü artırın, hazırlıq qabiliyyətinizi yüksəldin. İslam rrspublikası heç kəslə müharibə etmək fikrində deyil. Lakin buna baxmayaraq, siz gücünüzü o qədər artırmalısınız ki, düşmənlər bizə qarşı hücuma keçməkdən çəkinsinlər və həmişə qorxu içində olsunlar. Çünki İran silahlı qüvvələri səhnədə güclü mövqedən çıxış edərsə, xarici təhdidlər də ölkədən uzaqlaşdırılar.

 

Bu gün, düşmənlərimiz islam respublikası qarşısında böyük bir cəbhə yaradıblar. Bu gerçəkliyi nəzərə alaraq, hesab edirəm ki, biz sistemin bütün sahələrində, o cümlədən də İran ordusu dəniz qüvvələrində ikiqat iş aparmalı, çatışmazlıqlarımızı aradan qaldırmalı və hər baxımdan özümüzü gücləndirməliyik”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar