SON XƏBƏRLƏR

Xamneyi dini mərkəzlərdə elan edilmiş tətillərin ramazan ayında da uzadılacağını bəyan edib

2021.10.20, 07:36
Xamneyi dini mərkəzlərdə elan edilmiş tətillərin ramazan ayında da uzadılacağını bəyan edib

Gunaz.tv

GünAz TV: İranın "dini lider"i Əli Xamneyi bu gün canlı yayımda etdiyi televiziya çıxışında hər zaman olduğunu kimi, Amerika əleyhinə fikirlər səsləndirib.

 

O, yenidən rəsmi Vaşinqtonu "İslam Respublikasının təməl prinsipləri ilə düşmənçilik" etməkdə ittiham edərək, tərəfdarlarını koronavirus böhranına rəğmən, "düşmənlərin və imperyalizmin məkrli planlarını" yaddan çıxarmamağa çağırıb.

 

Xamneyi həmçinin bildirib ki, iki həftə sonra başlayacaq ramazan ayı ərzində də dini mərkəzlərin bağlı, kütləvi toplaşmağa qoyulan qadağanın isə davam edəcəyini deyib. "Dini lider" koronavirus səbəbindən insanları ramazan ayında ibadətləri öz evlərində icra etməyə çağırıb.

 

Koronavirus səbəbindən tərəfdarlarının iştirak etmədiyi çıxışında Xamneyi bu "qəribə xəstəliyi" ilahi imtahan adlandırıb.

 

Halbuki, bir neçə gün əvvəl etdiyi çıxışda o, heç bir dəlil göstərmədən, Amerika Birləşmiş Ştatlarını koronavirusu yaymaqda ittiham etmişdi.

 

Xamneyi sonda bildirib ki, koronavirus böyük problemdir, lakin keçmişdə millətlərin və dövlətlərin üzləşdiyi bəzi problemlərlə müqayisədə isə xeyli kiçikdir.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar