SON XƏBƏRLƏR

Xamneyi İmran Xanla görüşdə: “Hər kəs İrana qarşı müharibəyə başlasa, peşman olacaq”

2021.10.20, 07:36
Xamneyi İmran Xanla görüşdə: “Hər kəs İrana qarşı müharibəyə başlasa, peşman olacaq”

Gunaz.tv

GünazTV: İranın “dini” lideri Əli Xamneyi oktyabrın 13-də ölkəyə səfər edən Pakistanın baş naziri İmran Xanla görüşərək regionda yaşanan gərginlikdən və Yəmən savaşından danışıb.

 

Xamneyi İranla Səudiyyə Ərəbistanı arasında vasitəçilik etmək üçün Tehrana səfər edən İmran Xanla görüşdə Yəməndə cərəyan edən savaşa toxunaraq, dolayısıyla Səudiyyə Ərəbistanını və regionun digər ərəb ölkələrini Amerikaya bağlılıqda günahlandırıb: “İran İslam Respublikası Yəmən savaşına son qoymaq üçün hələ bir neçə il əvvəl dörd maddədən ibarət bir plan hazırlayaraq təklif kimi irəli sürüb. Hesab edirik ki, əgər Yəmən savaşı düzgün bir yolla başa çatsa, bunun regiona təsiri müsbət ola bilər.

 

Biz region ölkələri ilə düşmənçilik etməkdə maraqlı deyilik. Lakin bir şey var ki, bu ölkələr Amerikanın iradəsinin təsiri altındadırlar və məhz Amerikanın istəyi ilə İran İslam Respublikasına qarşı çıxırlar. Bir halda ki, İran İslam Respublikası bu günə qədər heç bir savaşı başlayan tərəf olmayıb. Lakin əgər hər kəs bizə qarşı müharibəyə başlasa, heç şübhəsiz ki, peşman olacaq” -deyə, İranın "dini" lideri Əli Xamneyi əlavə edib.

 

Qeyd edək ki, İran 2015-ci ilin aprel ayında Yəmən müharibəsinin başa çatması üçün 4 maddədən ibarət bir planın icrasını təklif edib. Təklifdəki 4 maddə bunlardır: “Yəməndə bir-biri ilə savaşan tərəflər atəşkəs elan etməli və xarici hərbi hücumlar dərhal dayandırılmalı”, “Yəmənə humanitar yardımlar göndərilməli”, “Yəməndə üz-üzə duran tərəflər danışıqlara başlamalı” və “Yəməndə bütün siyasi cərəyanların iştirakı ilə milli vəhdət hökuməti yaradılmalıdır”.

 

Yəmənin isə qanuni hökuməti həmin vaxt İranın bu təklifinə soyuq münasibət bildirərək, bunu “Tehranın siyasi manevri” adlandırıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar