Xamneyi: “İngiltərə rəsmisi həyasızcasına deyir ki, İran bölgəni təhdid edir”

2016-12-18 18:32

GünAzTV: İranın dini lideri Əli Xamneyi dekabrın 17-də Tehranda keçirilən İslam Vəhdət Konfransına qatılan xarici qonaqlar və ölkə rəsmiləri ilə görüşərək, Böyük Britaniyaya və onun baş naziri Tereza Meyə qarşı sərt bəyanatlar səsləndirib.

 

Böyük Biritaniyanın son iki əsrdə region xalqlarına qarşı yürütdüyü müstəmləkəçilik siyasətini qınayan Xamneyi, şiə və sünni müsəlmanlarını birliyə çağıraraq İngiltərənin baş naziri Tereza Meyin iki həftə əvvəl bölgəyə səfərində İrana qarşı səsləndirdiyi bəyanatına toxunub: “Qədimdən ingilislərin siyasəti “ixtilaf sal, hökmranlığını elə” siyasəti olub. Son iki əsrdən bəri Böyük Britaniya bölgəmizdə yaşayan millətlərə qarşı həmişə şər və bədbəxtçilik mənbəyi olub. Onların region xalqlarının həyatına vurduğu zərbələr az deyil. Onlar Hindistana, Bangladeşə, Pakistana bir cür, İran və İraqa da başqa cür zərbə vurublar. Onlar həm də Fələstin adlı tarixi bir ölkədə öz xəbis niyyətlərini həyata keçirərək fələstinlilərin öz doğma yurdundan didərgin düşməsinə səbəb oldular. Beləliklə də 1800-ci ildən bu yana ingilislərin bölgədə həyata keçirdikləri, şər, fəsad və təhdiddən başqa bir şey deyil.

 

Bax, belə bir keçmişi olan İngiltərənin bir rəsmisi indi məntəqəyə gəlib deyir ki, İran bölgəni təhdid edir. Bu isə həyasızlıqdan başqa bir şey deyil. Çünki tarix boyu, özləri region üçün bədbəxtçilik, təhlükə və təhdiddən başqa heç nə gətirməyənlər indi bura gəlib məzlum ölkəmizi başqalarını təhdiddə günahlandırırlar”.

 

Xatırladaq ki, iki həftə əvvəl Körfəz Əməkdaşlıq Şurasının Mənamədə keçirilən növbəti toplantısına qatılmaq üçün Bəhreynə səfər edən Böyük Britaniyanın baş naziri Tereza Mey, dekabrın 7-də “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində İranın regiondakı ərəb ölkələrinin daxili işlərinə müdaxiləsinin ciddi narahatlığa səbəb olduğunu bildirmişdi: “Biz, İranın regionda altdan-altdan apardığı təxribat xarakterli fəaliyyətindən və onun bölgə ölkələrinin daxili işlərinə müdaxiləsindən narahatlıq hissi keçirir, bu baxımdan ərəb ölkələri ilə eyni fikirdəyik. Çünki körfəz ölkələri, İranın əksinə olaraq bizim strateji tərəfdaşlarımızdır.

 

Hesab edirəm ki, biz təhlükəsizlik məsələləri ilə əlaqədar, eləcə də terrorizmlə bağlı təhdidlərin qarşısını almaq üçün bir-birimizlə əməkdaşlıq etməliyik. Bu baxımdan, biz İranın regiondakı hücumçu addımlarını zərərsizləşdirmək üçün körfəz ölkələrinə yardım edirik. Düşünürəm ki, İranın təhdidləri qarşısında bizim birgə strateji plan və proqramımız olmalı, bu barədə birgə iş aparmalıyıq”.

A.M

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda koronavirusdan daha 395 nəfər ölüb, 25 492 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021-04-20

gun az article

Fəxrəddin Altun: “Siyasi liderlərin qondarma “erməni soyqırımı” ilə bağlı dediklərinin önəmi yoxdur”

2021-04-20

gun az article

Məhəmmədrza Fəllahzadə “Sepah”ın “Qüds” briqadası komandanının müavini vəzifəsinə təyin edilib

2021-04-20

gun az article

Prezident İlham Əliyev Hacıqabulda pambıq tarlasında səpin prosesini izləyib

2021-04-20

gun az article

İlon Mask “Tesla” qəzasından sonra 5 milyard dollar itirib

2021-04-20

gun az article

İranın kəşfiyyat (ETTELAAT) naziri koronavirusa yoluxub

2021-04-20

gun az article

Angela Merkeldən Qarabağ açıqlaması: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmalıdır"

2021-04-20

gun az article

Paşinyan iki nazir müavinini qovdu

2021-04-20

gun az article

ABŞ-ın Moskvadakı səfiri məsləhətləşmələr üçün Vaşinqtona gedir

2021-04-20

gun az article

AFFA bəyanat yaydı: "Separatçılığı şiddətlə qınayırıq"

2021-04-20

gun az article

Azərbaycana turist axını 4 dəfədən çox azalıb

2021-04-20

gun az article

Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib

2021-04-20

gun az article

Rusiyadan təhlükəli ssenari: “Bu sənəd SSRİ-nın “xortlaması”nın təməli ola bilər”

2021-04-20

gun az article

Gürcüstanda koronavirusa yoluxanların sayı 297 mini keçib

2021-04-20

gun az article

Trampdan ABŞ-ı gözləyən təhlükələrlə bağlı XƏBƏRDARLIQ: “Çox pis şeylər olacaq”

2021-04-20

gun az article

Merkelin partiyası kansler vəzifəsinə namizəd seçib

2021-04-20

gun az article

"Real", "Barselona" və "Atletiko" La Liqada çıxışını davam etdirəcək

2021-04-20

gun az article

Ukraynalı deputatlar Zelenskini Rusiya ilə əlaqələri kəsməyə çağırdılar

2021-04-20

gun az article

Qarabağda daha bir erməni hərbçisinin qalıqları tapıldı

2021-04-20

gun az article

İrəvanda xüsusi əməliyyat

2021-04-20