GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Məhbus aktivistə dərmanlarını çatdırmağa icazə verilməyib
Iranda İsrailə görə həbslər olub
"Polis yaylığı olmayan qadını güc tətbiq edib patrul maşınına mindirməyə haqqı yoxdur"- hüquqşünas
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə problemi masa arxasında həll edib
Nazir Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyasına dair konkret tapşırıqlar qoyub
Sulduz qətliamının ildönümü anılıb
ABŞ Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım paketini irəli sürür
İran İsraillə qarşıdurmadan çəkinir
Sərnişin taksi sürücüsünü öldürdü
"Qadınlara şiddət şəriət qanunlarına uzlaşmır"-Moləvi Əbdülhəmid
G7 İranı hədələdi: Rusiyaya silah vermə...
Sloveniya vətəndaşlarını İranı tərk etməyə çağırdı
İrana hücumda ballistik raketlərdən istifadə edilib
İraqda İrana bağlı qruplaşmanın bazası vuruldu
Azərbaycanın növbəti uğuru- Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
İranın Parisdəki konsulluğuna hücum edilib
Rəisi İsarilin hücumu ilə bağlı açıqlama verməkdən qorxdu
Bayden İsrail üçün 1 milyard dollarlıq yeni müqavilələri nəzərdən keçirir - İDDİA
İran yenədə "Şirin quyruğu"ndan danışdı
Türkiyə XİN İsraillə İrana çağırış edib
"G7" ölkələri İsrailin İrana hücumunu müzakirə edəcək
İsrailin daxili təhlükəsizlik naziri İrana hücumdan danışdı
İran MN: İsfahan üzərində vurulan PUA-lar sınaq məqsədilə buraxılıb
Ölkələr və beynəlxalq təşkilatlar İsrailin hücumuna necə reaksiya verdi? - ARAŞDIRMA
AK İran və İsraildən gərginliyi artırmamağı istədi
İsrailin hücumu mesaj idi: Biz daha pisini də edə bilərdik
Avstraliya İranın cavab hücumuna görə xəbərdarlıq etdi
İsrailin İrana həmləsi nəticəsində neftin qiyməti artıb
İsrailin hücum təhlükəsinə görə İranın casus gəmisi Qırmızı dənizi tərk etdi
İrandan geri addım: Dərhal cavab verməyəcəyik!
İsrail Suriyanın şimalını bombalayıb
"İran nüvə silahı istehsalına çox yaxındır"- Agentlik
Rusiya Ukraynaya aviazərbələr endirib: ölən və yaralananlar var
AEBA rəhbəri İran və İsrailə çağırış etdi
Güneyli aktivist məzuniyyətə göndərilib
Təbrizdə güclü partlayış səsləri eşidilib
İsrail niyə İsfahanı hədəf aldı?
TƏCİLİ: ABŞ-ın Qüdsdəki səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb
İsrailin zərbəsi ilə bağlı ilkin DETALLAR!
İsrail İrana hava zərbələri endirib
Hücum gecəsi İsveçrə səfiri SEPAH-a çağırılıb
Rusiyalı ekspert: Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir
Rusiya XİN: Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir
GünAzTV: İranın dini lideri Əli Xamneyi mayın 23-də ölkə rəsmiləri ilə görüşərək, nüvə sazişindən və İranın bu razılaşmada qalması üçün şərtlərindən danışıb.
Öz çıxışında Amerikanın İranla imzalanmış nüvə sazişindən çıxmasını tənqid edən axund Xamneyi deyib ki, avropalılar onun irəli sürdüyü 6 şərtini qəbul etməsə, İran əvvəlki nüvə fəaliyyətini yenidən bərpa edəcək: “İslam Respublikası hökumətinin təcrübəsi göstərir ki, Amerika ilə razılığa gəlmək mümkün deyil. Çünki Amerika üzərinə götürdüyü öhdəliklərə heç vaxt sadiq deyil. Amerika müxtəlif sahələrdə yürütdüyü siyasəti ilə İran İslam Respublikasını devirmək niyyətindədir. Bu həmişə belə olub. Lakin onun bu cəhdləri Tom və Cerri cizgi filmindəki pişik kimi yenə məğlubiyyətə uğrayacaq. Amerikanın indiki prezidentinin də taleyi, özündən əvvəlki prezidentlərin taleyi kimi olacaq və o da tarixdə itib batacaq.
Qərblə İran arasında imzalanmış nüvə sazişinə gəldikdə, hesab edirəm ki, Avropa ölkələri bizim bu razılaşmada qalmağımız üçün aşağıdakı şərtləri yerinə yetirməlidirlər: Avropa ölkələri Amerikanın son iki ildə nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri pozması qarşısında susğunluğuna son qoymalı, buna münasibət bildirməlidir. Avropa ölkələri bir qətnamə qəbul edərək, BMT Təhlükəsizlik Şurasının nüvə sazişi ilə bağlı qətnaməsini pozduğuna görə, Amerikaya qarşı mövqe göstərməlidir. Avropa zəmanət verməlidir ki, onunla aparacağımız danışıqlarda İranın raket proqramı məsələsini və bizim regioanal siyasətimizi gündəmə gətirməyəcək. Avropa zəmanət verməlidir ki, o, İrana qarşı tətbiq ediləcək hər hansı bir sanksiyaya qarşı çıxaraq, Amerikanın bu addımlarına qarşı açıq və şəffaf mövqe sərgiləyəcək. Avropa İran neftinin satışına zəmanət verməlidir. Belə ki, neftimizin satışında hər hansı bir maneə yaranarsa, avropalılar zəmanət verməlidir ki, İran neftini özləri alacaqlar. Avropa bankları həm də İranla ticarət əlaqələrini saxlayacağına zəmanət verməlidir”.
Xamneyi bildirib ki, onun sadaladığı şərtlər, avropalılar tərəfindən qəbul edilməsə, İran nüvə sazişindən çıxaraq, əvvəlki nüvə proqramını və uranı 20 faiz dərəcəsində zənginləşdirməklə bağlı fəaliyyətini yenidən bərpa edəcək.
Xatırladaq ki, mayın 21-də “Heritage” Fondunda çıxış edən ABŞ dövlət katibi Mayk Pompeo, ölkəsinin İranla bağlı yeni strategiyasından danışaraq, İranla yeni bir nüvə sazişi imzalanması üçün, Vaşinqtonun rəsmi Tehranın qarşısında qoyduğu 12 şərtini açıqlayıb:
İran, özünün hərbi və nüvə proqramı üzrə bu günə qədər apardığı fəaliyyətinin bütün detallarını Beynəlxalq Atom Enerjisi Agentliyinin ixtiyarına qoymalı, agentlik müfəttişlərinin istənilən vaxtda hərbi və nüvə təsisatlarına baxış keçirməsinə şərait yaratmalıdır. İran, uranın zənginləşdirilməsi üzrə fəaliyyətini dayandırmalı, heç vaxt pluton emalı ilə məşğul olmamalı, ağır su təsisatlarını qapatmalıdır.
İran, nüvə başlıqları daşımağa qadir olan ballistik raketlərin istehsalını dayandırmalı, nüvə silahı istehsalı üzrə apardığı əvvəlki proqramların məzmununu açıqlamalı, terrorizmə, o cümlədən də “Həmas”, “Hizbullah” və “İslam cihadı” kimi terrorçu qruplaşmalara dəstəyinə son qoymalıdır. İran, bölgədə, xüsusən də Yəməndəki şiə yaraqlılarına dəstəyini dayandırmalı, öz hərbi hissələrini Suriyadan çıxarmalı, Əfqanistanda “Taliban”a və digər terrorçu qruplaşmalara dəstəyindən əl çəkməlidir.
Bundan başqa, İran “Əl-Qaidə” terror təşkilatının rəhbərlərinə və onun komandirlərinə ev sahibliyi etməkdən əl çəkməli, region ölkələrinə, o cümlədən də öz qonşularına qarşı təhdid siyasətinə son qoymalıdır. İran həmçinin bu ölkədə həbsdə saxladığı bütün Amerika vətəndaşlarını azadlığa buraxmalı, kiber hücumlarını dayandırmalıdır”.
A.M
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə problemi masa arxasında həll edib
G7 İranı hədələdi: Rusiyaya silah vermə...
Azərbaycanın növbəti uğuru- Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
İran yenədə "Şirin quyruğu"ndan danışdı
İsrailin hücumu mesaj idi: Biz daha pisini də edə bilərdik
İsrail Suriyanın şimalını bombalayıb
İsrail niyə İsfahanı hədəf aldı?
İsrail İrana hava zərbələri endirib
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
İran bölgə ölkələrini təhdid etməyi davam etdirir - Cəzalandırılacaqlar
İrana qarşı yeni sanksiyalara görə AB-nin sammiti çağırılacaq - AB liderləri bəyanat yaydı
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycandan vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib
İran səfiri yenə qırmızı xətdən danışdı
Kreml: Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına başlanılıb
Kemeron: İsrailin İranın hücumuna cavab vermək qərarı verdiyi aydındır
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb
Sistan və Bəlucistanda zəlzələ olub
İsrail-İran qarşıdurması "Traxtur"un baş məşqçisinin istefasına səbəb oldu
Prezident: Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq
Israil XİN 32 ölkəni SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb
Fransa da İran səmasından uşuçlarını dayandırıb
Səhənd stadionunda Azərbaycan bayrağı qaldırıldı
İordan İran PUA-larının izlənilməzində İsrailə köməklik edib
Şorabildə ekoloji problem - Balıqlar məhv olur
İran PUA-ları İsrailə çatmadan vurulub
Media: İsrail İranın hücumuna tezliklə cavab verəcək
İrana bağlı daha iki şəxs saxlanılıb
İsrail Livana aviazərbələr endirib
Bayden: "Hərbçilərimizin bacarığı sayəsində İsrailə yönəlmiş PUA və raketləri vurduq"
Rişi Sunak: “Böyük Britaniya İsrailin və bütün regional tərəfdaşların təhlükəsizliyini müdafiə edəcək”
Avropa Birliyi İranın İsrailə hücumunu pislədi
İsrail Hizbullah terror təşkilatının silah istehsal edən obyektlərini məhv etdi
Milli fəallar istintaq idarəsinə çağırılıb
İran İsrailə ballistik raketlər atıb
Hicaba görə yüzlərlə qadın həbs edilib
"Traxtur" tərəfdarının dəfn mərasimində qarşıdurma- Hökumət qüvvələri zor tətbiq etdi
XİN: Ağır cinayətlər törədənlər istisna olmaqla, Azərbaycan bütün saxlanılanları Ermənistana qaytarıb
İsrail-İran qarşıdurması "Traxtur"un baş məşqçisinin istefasına səbəb oldu