SON XƏBƏRLƏR

Xamneyi: “İranla düşmənçilik islam peyğəmbəri ilə düşmənçilikdir”

2021.10.20, 07:36
Xamneyi: “İranla düşmənçilik islam peyğəmbəri ilə düşmənçilikdir”

Gunaz.tv

GünAz TV: İranın “dini lideri” Əli Xamneyi aprelin 3-də etdiyi çıxışda “İranla düşmənçiliyi islam peyğəmbəri ilə düşmənçilik etmək” adlandırıb.

 

Əli Xamneyi İranın yüksək rütbəli zabitləri və müsəlman ölkələrinin Tehrandakı səfirləriylə birlikdə “besət” münasibəti ilə keçirilmiş tədbirdə bildirib ki, “bu gün İran İslam Respublikası ilə düşmənçilik edənlər islamın ilk illərində peyğəmbərlə düşmənçilik edən şəxslərlə eynidirlər”.

 

Ölkənin xarici siyasətinə də toxunan Xamneyi deyib: “Bəziləri bizə özünüzə yeni düşmən yaratmayın deyir. Yox! Biz düşmən yaratmırıq, islamın sözünü deyirik, buna görə də bizimlə düşmənçilik edənlər peyda olur. Amerika sizin islamdan əl çəkməyinizi istəyir.”

 

İranlı rəsmilər hər zaman yürütdükləri siyasətlərin Məhəmməd peyğəmbərin üsulları və islam dininə əsaslandığını iddia edirlər. Lakin İranın siyasəti islam dini ilə ziddiyyət təşkil etdiyindən, həm ölkə daxilində, həm də müsəlman ölkələri içərisində bu əsaslandırmaya qarşı çıxanlar çoxdur. Xüsusilə də rəsmi Tehranın narkotik ticarəti, qadın alveri, terror və bu kimi digər çirkin fəaliyyətlərini tənqid edən müsəlman ölkələri bütün bu halların islam dini ilə təzad təşkil etdiyini bildirirlər.

 

Xamneyi sonda islamda müharibə mövzusuna toxunub və “tağutla döyüşməyin islamda nəzərdə tutulduğu”nu bildirib.

 

Qeyd etmək lazımdır ki, İran regionda öz işğalçılıq məqsədlərini reallaşdırmaq üçün digər ölkələrdə sünni- şiə qarşıdurması yaradır və sonrada həmin ölkələrin daxili işlərinə qarışır. Rəsmi Tehran hər zaman bu addımlarını “şiələri qorumaq” bəhanəsi ilə əsaslandırır.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar