SON XƏBƏRLƏR

Xamneyi: “İslam respublikasının ikinci 40 illiyi bizim üçün onun birinci 40 illiyindən daha yaxşı, düşmənlər üçün də daha pis olacaq”

2021.10.20, 07:36
Xamneyi: “İslam respublikasının ikinci 40 illiyi bizim üçün onun birinci 40 illiyindən daha yaxşı, düşmənlər üçün də daha pis olacaq”

Gunaz.tv

GünazTV: Avqustun 21-də Həsən Ruhani hökumətinin komandası ilə görüşən İranın dini lideri Əli Xamneyi Amerikanın ölkəyə qoyduğu sanksiyalardan və hökumət rəsmilərinin ölkənin ağır iqtisadi durumu ilə bağlı vaxtaşırı tribunalardan səsləndirdiyi ümidsiz bəyanatlarından danışıb.

 

Amerikanın İrana qarşı tətbiq etdiyi ağır sanksiyalara toxunan Xamneyi deyib ki, ölkə rəsmiləri ümidsizliyə qapılmamalı, “düşmən”dən qorxmamalı, geriyə addım atmamalıdır: “Sözsüz ki, islam respublikasının ikinci 40 illiyi bizim üçün onun birinci 40 illiyindən daha yaxşı, düşmənlərimiz üçün də daha pis olacaq. Bəzi vaxtlar bir sıra rəsmilərdən elə sözlər eşidirəm ki, bu onların düşməndən qorxduğunu göstərir. Halbuki düşməndən həqiqətən də qorxmamaq lazımdır. Çünki bu düşmən islam inqilabının əvvəlindən olub və həmişə də bizə qarşı əlindən gələni də edib, lakin uğur qazanmayıb.

 

Əgər mənim iqtisadi sahədə və bəzi iqtisadi dəyişikliklərlə bağlı rəsmilərə etdiyim tövsiyələrimə əməl olunsa və ona ciddi yanaşılsa, ölkəmizə qarşı tətbiq edilən sanksiyalar həqiqətən də bizim üçün bir fürsətə çevrilə, iqtisadi dirçəlişə səbəb ola bilər. Hesab edirəm ki, düşmən təxribatının qarşısını almağın ən yaxşı yolu daxili istehsal həcmini artırmaq və onu gücləndirməkdir” –deyə İranın dini lideri axund Əli Xamneyi əlavə edib. 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar