SON XƏBƏRLƏR

Xamneyi: “Makron ya sadəlöhvdür, ya da amerikalılarla əlbir”

2021.10.20, 07:36
Xamneyi: “Makron ya sadəlöhvdür, ya da amerikalılarla əlbir”

Gunaz.tv

GünAz TV: İranın “dini lider”i Əli Xamneyi Fransa prezidenti Emmanuel Makronun rəsmi Vaşinqtonla Tehran arasında hökm sürən gərginlikləri azaltmaq istiqamətində göstərdiyi cəhdləri tənqid edib.

 

O bildirib ki, Fransa prezidenti İran prezidentinin Donald Trampla görüşməsinin bütün problemləri aradan qaldıracağını iddia edir, bu isə göstərir ki, “Makron ya sadəlövhdür, ya da amerikalılarla əlbir”.

 

“Bir müddət nüvə razılaşmasına, digər müddət isə Amerika prezidentinin nüvə razılaşmasından çıxmasında sonra qəbul edilmiş sanksiyalar üzrə digər ölkələrə verilmiş 3 aylıq güzəşt müddətlərini uzatmasına görə ləngidik. İndi isə Fransa prezidenti və fransızların proqramlarına görə ləngiməyimizi istəyirlər, halbuki bu gözləmələr investorlar və iş adamlarını qeyri-müəyyənliyə salır, eləcə də ölkənin durğunluğu və geri qalmasına səbəb olur”, - deyə “dini lider” əlavə edib.

 

Xamneyi sonda ölkə rəsmilərini kimisə gözləməkdən əl çəkməyə çağırıb. O, məsulları digər ölkələrlə əlaqələri davam etdirməyə, lakin əcnəbilərə deyil, öz millətinə ürək bağlamağa çağırıb.

 

Xatırladaq ki, Makron Həsən Ruhaninin Birləşmiş Millətlər Təşkilatının sentyabr ayında Nyu-Yorkda keçirilmiş Baş Assambleyasından öncə Donald Trampla telefon əlaqəsi yaratması üçün nəticəsiz qalan böyük təlaşlar göstərmişdi. Fransa prezidenti həmçinin tərəflərin görüşüb, mövcud gərginlikləri aradan qaldırmaq, eləcə də yeni razılaşma əldə etmək üçün müzakirələrə başlaması üçün səylər göstərmişdi, lakin bütün bunlar da nəticəsiz qalmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar