SON XƏBƏRLƏR

Xamneyi: “Məndən xoşunuz gəlməyə bilər, amma ölkəni sevirsinizsə, seçkilərdə iştirak edin”

2021.10.20, 07:36
Xamneyi: “Məndən xoşunuz gəlməyə bilər, amma ölkəni sevirsinizsə, seçkilərdə iştirak edin”

Gunaz.tv

GünAz TV: İranda Milli Məclis seçkilərinin yaxınlaşması ilə rəsmilər insanları seçkilərdə iştiraka təşviq etmək üçün əllərindən gələni edirlər.

 

Bu gün isə “dini lider” Əli Xamneyi insanların seçkilərdə maksimum şəkildə iştirak etməsini istədiyini dilə gətirib.

 

“Kiminsə məndən xoşu gəlməyə bilər. Amma İranı və təhlükəsizliyi sevirsinizsə, mütləq səs verin”, - deyə Xamneyi əlavə edib.

 

“Dini lider” prezident Həsən Ruhani də daxil olmaqla, əsasən islahatçı siyasətçilərin namizədlərin təsdiqlənməsi prosesində baş verən saxtakarlıqları tənqid etmələrinə sərt reaksiya verib.

 

“Seçkilər nəticəsində müəyyən məqamlara yüksələn bəzi şəxslər öz mənafelərinə uyğun olmayanda seçkilərə kölgə salmaq istəyirlər”, - deyə o qeyd edib.

 

Yanvarın 15-də Həsən Ruhani Konstitusiyaya Nəzarət Şurasının üzvlərinin namizədliklərin qeydə alınması prosesində saxtakarlığa yol verdiyini demiş və islahatçı siyasətçiləri bununla müxalifətə çevirməkdə ittiham etmişdi.

 

Ruhani fevralın 5-də etdiyi çıxışda isə ölkədə bir gün respublikaçılıq sözünün cinayət kimi başa düşüləcəyindən qorxduğunu demişdi.

 

Həmin gün İran Prezident Aparatının rəhbəri Mahmud Vaizi isə bildirmişdi ki, seçkilərdə rəqabət mühiti formalaşdırılmadığı təqdirdə, insanların maksimum iştirakı mümkünsüzdür.

 

Qeyd etmək lazımdır ki, İranda bir neçə fəal insanları fevralın 21-də keçiriləcək Milli Məclis və Ekspertlər Məclisinə aralıq seçkilərində iştirak etməməyə çağırıblar. Onlar bunun səbəbini seçkilərin heç nəyi dəyişməcəyi ilə əlaqələndirirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar