Xamneyi Rəfsəncaninin tabutu qarşısında cənazə namazı qılıb

2017-01-10 13:34

GünAzTV: Yanvarın 10-u sübh saatlarında İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumunun vəfat etmiş rəisi ayətullah Haşimi Rəfsəncani ilə vida mərasimi keçirilib.

 

Vida mərasimi sübh saatlarında Tehran Universitetində, İranın dini lideri Əli Xamneyi, prezident Həsən Ruhani və digər rəsmilərin iştirakı ilə keçirilib. Saat 7:30-da Rəfsəncaninin tabutu universitetin həyətinə gətirilib. Az sonra universitetə gələn Xamneyinin başçılığı ilə Rəfsəncaninin tabutu qarşısında cənazə namazı qılınıb. Ardınca da Rəfsəncaninin cənazəsi bir neçə küçə və meydanda ailə üzvlərinin və tərəfdarlarının çiynində gəzdirildikdən sonra dəfn olunmaq üçün Tehanın “Behişti Zəhra” qəbiristanlığında olan Xomeyninin hərəminə aparılıb. Rəfsəncaninin əvvəlcə Qum şəhərində dəfn ediləcəyi bildirilsə də, sonradan onun İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin hərəmində, yəni onun məzarının yanında basdırılması qərara alınıb.

 

Yayılan məlumatlara əsasən, Rəfsəncaninin cənazəsi Tehran küçələrində çiyinlərdə gəzdirilərkən, onun tabutu ardınca hərəkət edən bir  sıra tərəfdarları gözlənilmədən “Ya Hüseyn, Mirhüseyn” və “Musəvi, Kərrubi, başın sağ olsun” şüarları səsləndirərək, İrandakı “yaşıl hərəkat”ın 5 ildən çoxdur ev dustaqlığında saxlanılan lideri Mirhüseyn Musəviyə dəstək veriblər. Bildirilir ki, Tehranın əsas küçə və meydanları polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülüb və mərasimin tam sakit bir mühitdə keçirilməsi üçün müxtəlif tədbirlər görülüb. Rəfsəncaninin yaxın saatlarda Xomeyni hərəmində torpağa tapşırılacağı bildirilir.

 

Rəfsəncani yanvarın 8-i günortadan sonra səhhətində yaranmış qəfil nasazlığa görə Tehranın “Şühədai Təcriş” xəstəxanasına yerləşdirilib. O həmin gün axşam saat 19:30 radələrində gözlənilmədən ürək çatışmamazlığından 82 yaşında vəfat edib.

 

Qeyd edək ki, İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin yaxın adamlarından olan Rəfsəncani, son 38 ildə müxtəlif mühüm vəzifələrdə çalışıb və Xomeyninin ölümündən sonra mövcud sistemin iki sütunundan biri sayılıb. O, iki dəfə İran parlamentinin sədri, iki dəfə ölkə prezidenti vəzifələrində çalışıb. Üləma Məclisinin üzvü, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi və digər mühüm vəzifələrdə fəaliyyət göstərib.

 

O, İran-İraq arasında 8 illik müharibənin başa çatmasında mühüm rol oynayıb. Bununla bağlı o, Xomeynini BMT-nin 598 saylı qətnaməsini qəbul etməyə, müharibəyə son qoymağa razı sala bilib. Rəfsəncani həmçinin Xomeyninin vəfatından sonra hazırkı dini lider Əli Xameneyinin ölkə rəhbərliyinə gətirilməsində və ona “ayətullah” və “Vəliyyi-fəqih” titulları verilməsində əsas  rol oynayıb.

 

80-cı illərdə İran parlamentinin sədri vəzifəsində çalışan Rəfsəncani, ölkədə müxalif qruplara qarşı repressiyalarda, zindanlarda minlərlə siyasi məhbusun qətliam edilməsində və xarici ölkələrdə yaşayan yüzlərlə tanınmış siyasi fəalın və ziyalının terrorunda birbaşa əli olsa da, 90-cı illərin ortalarından başlayaraq siyasi mövqeyində dəyişiklik yaranaraq hakimiyyətin radikal qolundan, o cümlədən də Xamneyidən tədriclə uzaqlaşmağa çalışıb. O, 2009-cu ildə ölkədə keçirilən prezident seçkilərində açıq-aşkar Mirhüseyn Musəvini dəstəkləyib və getdikcə islahatçılarla eyni mövqedən çıxış etməyə çalışıb. O, siyasi məvqeyində edilən məhz bu dəyişikliyə görə son illər Xamneyiyə yaxın radikal cərəyanın hədəfinə çevrilərək özü və ailə üzvləri müxtəlif təzyiqlərə məruz qoyulub, bir qızı və bir oğlu müxtəlif ittihamlarla zindana salınıb.

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Dmanisiyə əlavə polis qüvvələri yeridilib - Gürcüstanın DİN rəhbəri

2021-05-17

gun az article

Sülhməramlılar 80 ermənini Amarasa apardı

2021-05-17

gun az article

İşçi qrupunun rəhbəri: “Dmanisidəki insidentdə heç bir etnik amildən söhbət gedə bilməz”

2021-05-17

gun az article

Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib

2021-05-17

gun az article

28 gürcünü ölümdən xilas etmiş Rahib Məmmədovun qardaşı: "Dmanisi sakinlərini təxribata getməməyə səsləyirəm"

2021-05-17

gun az article

Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb-FOTOLAR

2021-05-17

gun az article

ABŞ dövlət katibi və Fransa XİN başçısı Qarabağı müzakirə edib

2021-05-17

gun az article

Azərbaycanda daha 515 nəfər COVID-19-dan sağalıb, 426 nəfər yoluxub

2021-05-17

gun az article

Dövlət Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış edib

2021-05-17

gun az article

Səid Xətibzadə: “İlkin razılaşma deyilən bir şey yoxdur”

2021-05-17

gun az article

Şamil Ayrım: "Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir"

2021-05-17

gun az article

Fələstinlilər narahatdır: İranın fitnəkarlığı atəşkəsi poza bilər

2021-05-17

gun az article

Səudiyyə Ərəbistanı İrana və başqa 12 ölkəyə səfər qadağasını uzatdı

2021-05-17

gun az article

Gürcüstanın DİN başçısı və DTX-nın rəisi Dmanisiyə gəlib: "Məsələnin etnik olduğunu deyənlər düşmənlərdir"

2021-05-17

gun az article

İranlı kinorejissor Babək Xürrəmdin qətlə yetirilib - YENİLƏNİB

2021-05-17

gun az article

Gürcüstanda yerli azərbaycanlılara kütləvi hücum: Xəsarət alanlar var-FOTO, VİDEO

2021-05-17

gun az article

Paşinyan bu dəfə Qırğızıstandan DƏSTƏK İSTƏDİ

2021-05-17

gun az article

Əli Əkbər Vilayəti: “Tezliklə Qüdsdə Xamneyinin imaməti ilə namaz qılacağıq”

2021-05-17

gun az article

Abbasəli Kədxudayi: “Sənədlərini təqdim etmiş yalnız 40 namizədin səlahiyyətinə baxılacaq”

2021-05-17

gun az article

İran Azərbaycanla sərhəd mübahisəsində Ermənistanı DƏSTƏKLƏDİ

2021-05-17