SON XƏBƏRLƏR

Xamneyi rejiminə qarşı kütləvi etirazlar bütün ölkəni bürüyür, Nəcəfabadda baş verən atışmada 1 “Sepah”çı öldürülüb

2021.10.20, 07:36
Xamneyi rejiminə qarşı kütləvi etirazlar bütün ölkəni bürüyür, Nəcəfabadda baş verən atışmada 1 “Sepah”çı öldürülüb

Gunaz.tv

GünAzTV: İranda ruhanilərin hakimiyyətinə qarşı altı gün əvvəldən başlanan kütləvi etirazlar ölkənin bütün iri və kiçik şəhərlərini bürüyüb. Etirazçıların səsləndirdiyi əsas şüarlardan biri “Xamneyiyə ölüm” və “İslam Respublikasını istəmirik” şüarlarıdır.

 

Etirazlar, yanvarın 1-də Tehranın Firdovsi meydanında və paytaxtın digər bir neçə məntəqəsində davam edib və aksiyaçılar “Xamneyiyə ölüm”, “Diktatora ölüm”, “Millət acından dilənir, Ağa (Xamneyi) isə Allahlıq edir”, "İstiqlal, azadlıq, İran Respublikası", “Seyid Əli! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən əl çək”, “Suriyanı burax, bizə gün ağla” və digər şüarlar səsləndirərək hakimiyətə etirazlarını bildiriblər. Paytaxtın bir neçə məntəqəsində etirazçılardan bəziləri polis tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.

 

İsfahan əyalətinin Qəhderican şəhərində isə hökumət qüvvələri “Xamneyiyə ölüm” şüarı səsləndirərək bir polis qərargahına od vuran gənc aksiyaçılara odlu silahdan atəş açıblar. Atəş nəticəsində bir neçə nəfər ölüb, bir neçə nəfər isə ağır yaralanıb. Həmçinin həmin əyalətin Nəcəfabad şəhərinin Kəhrizsəng məntəqəsində “Sepah” qüvvələri ilə bəzi aksiyaçılar arasında atışma olub. Atışma nəticəsində bir neçə aksiyaçı həyatını itirib, “Sepah”ın hava-kosmik qüvvələrinin əməkdaşı Səccad Şahsənayi, etirazçılardan birinin ov tüfəngi ilə açdığı atəş nəticəsində həlak olub, ən azı daha 3 “Sepah”çı da yaralanıb.

 

Həmin gün Xamneyi rejiminə qarşı etirazlar, Kirmanşah, Sənəndəc, Ərdəbil, Dehloran və daha bir neçə şəhərdə davam edib.

 

 

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə etirazçıların səsləndirdiyi şüarlar daha sərtləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib.

 

Son günlər, İranın 40-a yaxın şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, yoxsullu]a və repressiyalara, rejimin daxili və xarici müdaxiləçi siyasətinə qarşı keçirilən etirazlarda, axund Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilib. Etirazlar davam etdir.

 

A.M   

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar