Xamneyi Zərifin səs yazısından danışdı: “Bu, Amerikanın bizə qarşı düşmən ritorikasının təkrarıdır"

2021-05-03 10:54

İranın “dini lider”i Əli Xamneyi mayın 2-də dövlət televiziyasında çıxışında  xarici işlər naziri Məhəmməd Cavad Zərifin gizli səs yazısı ilə bağlı qalmaqaldan danışıb.

Gunaz.tv Quote | Gunaz article

 Xamneyi Cavad Zərifin mediaya sızdırılmış gizli səs yazısında “Sepah”ın “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymani və ölkənin xarici diplomatiyasının “Qüds” bariqadası tərəfindən təyin edilməsi ilə bağlı tənqid dolu sözlərinə münasibət bildirib.

Xamneyi öz çıxışında Zərifin adını çəkmədən onun mediaya sızdırılmış səs yazısının ölkədə qalmaqala səbəb olmasına toxunaraq deyib ki, o həmin səs yazısındakı sözləri eşitdikdən sonra təəccüblənib.


“Bu, düşmənlərimizin və Amerikanın bizə qarşı düşmən ritorikasının təkrarıdır. Eşitdiyimizə görə İran İslam Respublikası ilə müxalif olan düşmən mediası da bu səs yazısını yayıblar. İnsan bunları eşidəndə təəssüf hissi keçirir. 


Bu sözlərin bəzilər Amerikanın bizə qarşı sözlərinin təkrarıdır. Amerikalılar illərdir ki, islam respublikasının regiondakı nüfuzundan narahatdır. Amerikalılar şəhid Qasım Süleymaninin əlindən məhz buna görə narahat idilər və həmin səsəbə görə də onu şəhid etdilər. 


Biz, danışanda elə danışmalıyıq ki, Amerikanın “Qüds” briqadası və şəhid Süleymani barəsindəki sözlərini təkrarladığımız kimi başa düşülməsin. 


Hakimiyyətdə təmsil olunan hansısa bir qurum və ya bölmənin digər qurum və ya bölməni inkar etməsinin heç bir anlamı yoxdur. İslam Respublikasında vəzifə tutan hansısa məsul bir şəxs isə belə böyük bir səhvə yol verməməlidir. 


Hamı bilməlidir ki, xarici siyasət dünyanın heç bir yerində Xarici İşlər Nazirliyində təyin edilmir. Dünyanın hər yerində xarici siyasəti Xarici İşlər Nazirliyindən daha yuxarıda olan qurumlar və şəxslər təyin edirlər.

Əlbəttə, Xarici İşlər Nazirliyi də bu işdə iştirak edir, lakin o yalnız icraçıdır. Daha doğrusu, Xarici İşlər Nazirliyi yuxarıdakıların xarici siyasətlə bağlı qəbul etdiyi qərarlarının icraçısıdır. 


“Sepah”ın “Qüds” briqadası qüvvələrinin xarici fəaliyyətinə gəldikdə isə,  demək olar ki, “Qüds” qüvvələri Qərbi Asiyada passiv diplomatiyanın qarşısını alan ən böyük amildir. 


İslam inqilabı İranı qərblilərin hegemonluğundan çıxardı. İndi isə qərblilər əvvəlki hegemonluqlarını geri qaytarmağa çalışırlar. Qərblilərin İranın Çin və Rusiya ilə münasibətlər qurmasından narahat olmasının səbəbi də məhz bununla bağlıdır. Onlar İranın xarici siyasətinin öz bayraqları altında aparılmasına israr edirlər. Bu isə qəbuledilməzdir”, -deyə İranın “dini lider”i Əli Xamneyi Məhəmməd Cavad Zərifin mediaya sızdırılmış səs yazısındakı sözlərinə bildirərkən bəyan edib. 


Xatırladaq ki, Xamneyinin dövlət televiziyasındakı çıxışından az əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “İnstaqram” sosial şəbəkəsindəki hesabında paylaşım edərək, gizli səs yazısında dilə gətirdiyi sözlərinə görə Qasım Süleymaninin ailəsindən, o cümlədən də onun qızı Zeynəb Süleymanidən üzr istəyib və onlardan onu bağışlamalarını xahiş edib.


“Bilsəydim dediklərim ictimaiyyətdə yayılacaq, keçmişdə olduğu kimi bircə kəlmə belə dilimə gətirməzdim. Bu baxımdan dərin təəssüf hissi keçirirəm”, -deyə Məhəmməd Cavad Zərif bildirib. 

Xatırladaq ki, Zərifin cari ilin mart ayında İranın prezident aparatının strateji araşdırmalar mərkəzində ölkənin bir sıra daxili və xarici siyasəti və İranın xarici siyasətinin tamamilə “Sepah”ın “Qüds” briqadası tərəfindən təyin edilməsi ilə bağlı verdiyi gizli müsahibəsinin səs yazısının ETTELLAT Nazirliyindən oğurlanaraq mediaya sızdırılması, hakimiyyətdə və ölkənin siyasi dairələrində ciddi qalmaqala səbəb olub. 


Həmin səs yazısında, Zərif “Sepah”ın “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymaninin ölkənin xarici siyasətinə müdaxiləsindən və İranın xarici diplomatiyasının onun Suriyadakı militarist hərəkətlərinə qurban getməsindən gileynərək, Qasım Süleymaninin Rusiya prezidenti ilə sıx əməkdaşlığından və Suriyada savaşında Vladimir Putinin iradəsi və istəyi ilə hərəkət etməsinə eyham vurur.


A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ordumuz hərəkətə keçdi - Terrorçuların zərərsizləşdirilməsi tapşırıqları icra ediləcək

2021-05-16

gun az article

Almaniyada sinaqoq və yəhudi abidələrinə hücum olub

2021-05-16

gun az article

İranla sərhəddə atışmada şəhid olan zabit Tovuzda dəfn ediləcək

2021-05-16

gun az article

Sahibə Qafarova İtaliyaya səfərə gedir

2021-05-16

gun az article

Leyla Abdullayeva: “Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır”

2021-05-16

gun az article

“HƏMAS”ın silah saxladığı 11 mərtəbəli bina dağıdıldı

2021-05-15

gun az article

İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu

2021-05-15

gun az article

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

2021-05-15

gun az article

Udi xalqının çox böyük tarixi mirası var - İlham Əliyev

2021-05-15

gun az article

İtaliya mətbuatı “Xarıbülbül” festivalından yazdı

2021-05-15

gun az article

Azərbaycanda daha 377 nəfər COVID-19-a yoluxub

2021-05-15

gun az article

ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əviv ofisi viza xidmətlərini dayandırıb

2021-05-15

gun az article

Ermənistan AES-in fəaliyyəti dayandırıldı

2021-05-15

gun az article

Stoltenberq: "NATO yeni bir "Soyuq Müharibə" istəmir"

2021-05-15

gun az article

Cavad Zərif İsraili dəstəkləyən Avstriyaya səfərini ləğv edib

2021-05-15

gun az article

Ukrayna yeni qoşun növü yaradacaq

2021-05-15

gun az article

Ruhani vaksinasiya prosesindəki qanunsuzluqlardan danışdı: "Hələ peyvənd olunmamışam"

2021-05-15

gun az article

15 may Beynəlxalq İqlim Günüdür

2021-05-15

gun az article

Monteneqro turistlərə qapılarını açır

2021-05-15

gun az article

Türkiyə - Şimali İrlandiya oyunu ləğv olundu

2021-05-15