SON XƏBƏRLƏR

Xamneyini istefaya çağıranlardan daha birinin həbs hökmü təsdiqlənib

2021.10.20, 07:36
Xamneyini istefaya çağıranlardan daha birinin həbs hökmü təsdiqlənib

Gunaz.tv

GünAz TV: İranın "dini lider"i Əli Xamneyini istefaya çağıran bəyanatı imzalayanlardan biri Rza Möhrqanın həbs hökmü təsdiqlənib.

 

Bəzi insan hüquqları fəallarının məlumatlarına əsasən, hökmün qüvvəyə minməsi ilə bağlı ona martın 8-də, Evin həbsxanasında məlumat verilib.

 

Xatırladaq ki, 2019-cu ilin iyun ayının 11-də İranda yaşayan 14 siyasi fəal açıq məktub yayaraq, Əli Xamneyini istefası və Konstitusiya quruluşunun dəyişdirilməsini istəmişdilər. Avqust ayında isə 14 qadın fəal da oxşar bəyanat imzalamışdı.

 

Yanvar ayında keçirilmiş məhkəmə prosesində Rza Möhrqan "ölkə təhlükəsizliyi əleyhinə çalışma" ittihamı üzrə 5 il, "siyasi sistem əleyhinə təbliğat fəaliyyəti" ittihamı ilə 1 il və "ictimai asayişi pozmaq" ittihamı ilə 1 il həbs və 74 şallaq zərbəsi ilə yanaşı, 2 il Cənubi Xorasan əyalətinə sürgünə məhkum edilmişdi.

 

Sözügedən bəyanatları imzalayanların əksəriyyəti həbs edilib və bəzilərinin məhkəmə prosesi də keçirilib.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar