Xamneyinin Culfa “Bəsic”indəki keçmiş nümayəndəsi edam edilib

04.03.2020, 15:21

GünAz TV: İranın dini liderinin Culfa “Bəsic”indəki keçmiş nümayəndəsi Bayram Qolixani 40 gün öncə edam edilib.

 

Culfa Bəsic Təşkilatının keçmiş ideologiya şöbəsinin rəhbəri və Əli Xamneyinin təmsilçisi olan Qolixanibeş il əvvəl naməlum səbəbə görə bacanağını qətlə yetirmişdi. Şərqi Azərbaycanın “ruhanilərə özəl məhkəməsi” tərəfindən edama məhkum olunan Qolixani həmin vaxtdan həbsdə saxlanılırdı.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Qolixani, yanvarın 21-i sübh saatlarında Təbriz zindanında molla geyimində dara çəkilib.

 

Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərindən olan 45 yaşlı Qolixani illər öncə “Sepah”a üzv olmuşdu və həbs olunana kimi bu təşkilatın Culfadakı Bəsic qanadında Xamneyini təmsil edirdi.

 

Ölkənin rəsmi mətbuatı Qolixaninin vəzifədə olduğu dövrdə onun fəaliyyətləri və çıxışlarına geniş yer verirdilər. Bu isə, tutduğu vəzifənin əhəmiyyətini göstərir.

 

Qolixaninin bəzi yaxınları, onun keçmiş həmkarlarının vəziyyətinə göz yummalarının kökündə siyasi ixtilafların olduğunu istisna etmirlər.

 

Məhkumun ailəsinə yaxın bir mənbəyin dediyinə əsasən, “rəsmilər edamdan sadəcə iki gün öncə ailəyə məlumat veriblər və bu qısa müddətdə qətlə yetirilən şəxsin ailəsindən onun edam olunmaması üçün razılıq almağa fürsət olmayıb”.  

  

Həmin mənbəyin dediyinə görə, daha öncə bir nəfər, öldürülən şəxsin yaxınlarının razılığını cəlb etmək üçün çalışırdı ancaq qəfildən işin ardını tutmaqdan imtina edib.

 

“Məhkumun vəkili də onun işi ilə maraqlanmırdı”- deyən mənbə əlavə edib ki, həbsxana məqamları edamdan öncə məhkuma ailəsi ilə son görüşünə də icazə verməyiblər.

 

Xamneyinin keçmiş nümayəndəsinin edamından 40 gün ötsə də İranın rəsmi mənbələri bu haqda heç bir məlumat yaymayınlar.

 

 

 

Ü.F

 

 

  

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18

gun az article

Urmuda 6 məhkum edam edilib

2023-03-17

gun az article

"Hədis" animasiya filmi Onsi Beynəlxalq Festivalına qəbul edilib

2023-03-17

gun az article

Təbrizin mərkəzində milli məzmunlu şüarlar yazılmış baner asıldı

2023-03-17

gun az article

Azərbaycanlı yazıçı Süsən Nəvadeyi Rəzi vəfat edib

2023-03-17

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Cilovluq qətliamından günümüzə”- VİDEO

2023-03-17