Xamneyinin dayısı: “Seyid Əli ağa! Nə qədər ki gec deyil və ölkəyə nəzarət əlinizdən çıxmayıb siyasətinizi dəyişin”

2017-01-19 17:52

GünAzTV: İranın dini liderinin kiçik dayısı, Məşhədin “Firdovsi” Universitetinin ilahiyyat fakültəsinin təqaüdə çıxmış müəllimi, Seyid Hüseyn Mirdamadi yanvarın 18-də bacısı oğlu Xamneyiyə açıq məktub yazaraq onun ölkədə yürütdüyü dağıdıcı siyasətini kəskin tənqid atəşinə tutub.

 

Məktubunda, Xamneyinin və hakim sistemin Haşimi Rəfsəncaniyə qarşı həm sağlığında, həm də ölümündən sonra sərgilədiyi ikili davranış və siyasətini tənqid edən Seyid Hüseyn Mirdamadi bildirib ki, ölkə lideri siyasətinə yenidən baxmasa, bu, islam respublikasının məhvi ilə nəticələnəcək: “Hamı bilir ki, islam inqilabının əvvəlində Xamneyinin Məşhəddən Tehrana çağırılması, onun inqilab şurasına üzv seçilməsi və az sonra “imam cümə” təyin edilməsi, getdikcə zirvəyə yüksələrək Ruhullah Xomeyninin canişini təyin edilməsi və sonunda ölkə rəhbərliyinə gətirilməsi, birbaşa Haşimi Rəfsəncaninin dəstəyi, yardımı və təsdiqi ilə olub. Lakin Xamneyinin onunla sonrakı rəftarı və davranışı başa düşülən deyil”.

 

Məktubda, Xamneyinin ölkədə dinc müxaliflərə qarşı repressiyaları pislənilir, belə bir siyasətin qısa bir zamanda, hakim sistemin və ölkənin dağılmasına gətirib çıxaracağı barədə xəbərdarlıq edilir: “Seyid Əli ağa, nə qədər ki gec deyil və nə qədər ki, sizin dövrünüz başa çatmayıb və nə qədər ki ölkə alt-üst edilərək dağılmayıb və nə qədər ki ölkəyə nəzarət əlinizdən çıxmayıb siyasətinizə yenidən baxın və hökmranlıq şivənizi dəyişin və bu günə qədər qədər yol verdiyiniz səhvlərinizi düzəltməyə çalışın. Düşünürəm ki, rəftar və siyasətinizi dəyişmək üçün hələ də vaxt və fürsət var. Gəlin, nə qədər ki ömrünüz başa çatmayıb, zorakılığı, kin-küdurəti, nifrət bəsləməyi, məzlum insanları öldürməyi və inhisarçılığı bir kənara ataraq, onların yerinə sevgi və məhəbbəti, güzəşti, insan kəramətinə hörmətlə yanaşmağı və mehribanlığı qoyun və bu dəyərləri üstün tutun.

 

Seyid Əli ağa! Nə qədər ki gec deyil, həbsdə saxlanılan bütün siyasi və əqidə məhbuslarının, jurnalistlərin, hüquq müdafiəçilərinin, sizi tənqid etdiyinə görə uzunmüddətli həbslərə məhkum edilən insanların və azyaşlı uşaqğı olan günahsız qadınların dərhal azadlığa buraxılmasına göstəriş verin. Nə qədər ki, gec deyil, Mirhüseyn Musəvinin, xanımı Zəhra Rəhnəvərdin və Mehdi Kərrubinin ev dustaqlığından azadlığa buraxılmasına şərait yaradın və bu kimi ədalətsizliklərə son qoyun”.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ermənistanın Baş Prokurorluğu qarşısında toqquşmalar olub, saxlanılanlar var

2021-04-22

gun az article

Mikayıl Cabbarov: “Azərbaycan İsraildə turizm və ticarət bürosu açmağı planlaşdırır”

2021-04-22

gun az article

Azərbaycanda daha 2610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib

2021-04-22

gun az article

Fransalı hüquqşünaslar Gəncəyə səfər edib

2021-04-22

gun az article

Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq

2021-04-22

gun az article

DİN kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib

2021-04-22

gun az article

Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə qayıtdı

2021-04-22

gun az article

Rusiya ordusunu Ukrayna sərhədlərindən geri çəkir: Şoyqu təlimlərin bitdiyini açıqladı

2021-04-22

gun az article

Cəbrayılın Şahvələdli kəndi - VİDEO

2021-04-22

gun az article

Abbas Axundi: “Sanksiyalardan yayınmaq üçün 400 milyard dollar xətcləmşik”

2021-04-22

gun az article

Fransalı hüquqşünas Ağdamda açıqlama verib: “Avropalılar bura gəlib, hər şeyi öz gözü ilə görməlidir”

2021-04-22

gun az article

Akar: “Azərbaycan və Ermənistan arasında atəşkəs yeni bir səhifənin açılması üçün fürsətdir”

2021-04-22

gun az article

İranda COVİD-19-dan daha 453 nəfər vəfat edib: Virus qurbanlarının sayı 68 min nəfəri keçib – RƏSMİ STATİSTİKA

2021-04-22

gun az article

Mərivanda kürdlərlə silahlı qarşıdurma: 2 “Sepah”çı öldürüldü

2021-04-22

gun az article

İsrail səfirinin müavini Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

2021-04-22

gun az article

Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub

2021-04-22

gun az article

“Yeni klinika”nın direktoru həbs edildi

2021-04-22

gun az article

Qarabağda ölən erməni hərbçilərə təzminat verilir - Rəsmi ölü sayı 4 mini keçib

2021-04-22

gun az article

MAQATE: “İran Nətənz təsisatında inkişaf etdirilmiş əlavə sentrifuqalar quraşdırıb”

2021-04-22

gun az article

“İranın bu hərəkəti islam həmrəyliyi ilə bir araya sığmır”-Baş redaktor

2021-04-22