Xamneyinin göstərişindən sonra İran nüvə öhdəliklərini azaldacağını bir daha bəyan edib

03.10.2019, 17:07

GünAz TV: İranın Atom Enerjisi üzrə Agentliyi bəyanat yayaraq, nüvə öhdəliklərinin addım-addım azaldılması prosesinin davam edəcəyini bildirib.

 

Bəyanat ötən gün Əli Xamneyinin “Sepah” terror təşkilatının komandanları ilə görüşü zamanı nüvə öhdəliklərini azaltmağa göstəriş verməsindən bir neçə saat sonra dərc edilib. Xamneyi görüş zamanı komandanları “böyük hadisələrə” hazır olmağı çağırmışdı. “Dini lider” həmçinin dövlətin nəticəyə çatması üçün nüvə öhdəliklərini azaltma prosesini davam etdirməsinə göstəriş vermişdi.

 

İranın Atom Enerjisi üzrə Agentliyi isə Xamneyinin göstərişinə cavab olaraq, bəyanatda prosesin davam etdiriləcəyini bəyan edib.

 

Xatırladaq ki, rəsmi Tehran cari ilin may ayının 8-dən, yəni Amerika Birləşmiş Ştatlarının nüvə razılaşmasından çıxmasının 1-ci il dönümündən etibarən Avropaya vaxt verərək, iqtisadi mənfəətlərinin müəyyən zaman dilimində təmin edilmədiyi təqdirdə, öhdəliklərini azaldacağını bəyan etmişdi.

 

Bu günə qədər İran 3 dəfə bu istiqamətdə addım atıb və nüvə razılaşmasının uranın zənginləşdirilmə dərəcəsi və depolanması, eləcə də mütərəqqi santrifüjlardan istifadə etməklə bağlı tətbiq etdiyi məhdudiyyətlərə riayət etməyi dayandırıb.

 

Tehranın 4-cü addımı atacağı günə qədər Avropaya tanıdığı vaxt noyabr ayının əvvəllərində tamamlanır.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

"Azadlıq, Ədalət, Milli Hökumət"-Ərdəbildə siyasi məhbuslara dəstək aksiyası keçirilib-FOTOLAR

2022-06-27

gun az article

"Qaradağda işsizlik artıb- "Gənclərin yeganə seçimi mühacirətdir"-Millət vəkili

2022-06-27

gun az article

Urmu gölündən qaynaqlanan toz fırtınaları şiddətlənib

2022-06-27

gun az article

Ərdəbildə yenidən kürdlərin yerləşdirilməsinə başlanılıb-FOTOLAR

2022-06-27

gun az article

“Düşünməyə çağırış” proqramında müzakirə: “Vətən və millət anlayışı” -VİDEO

2022-06-27

gun az article

“Azadlıq səsi” proqramında müzakirə: “Azərbaycançılıq məfkurəsi”-VİDEO

2022-06-27

gun az article

Ərdəbildə təqaüdçülərin növbəti aksiyası keçirilib-VİDEO

2022-06-27

gun az article

Təbrizli idmançı beynəlxalq yarışda qızıl medal qazanıb

2022-06-27

gun az article

Güneyli musiqiçi və milli fəal Abbas Nikrəvan sərbəst buraxılıb

2022-06-26

gun az article

Aclıq aksiyası keçirən güneyli məhbusun durumu ağırdır

2022-06-26

gun az article

Məhkumluq dövrü bitən güneyli jurnalist Mənuçöhr Ağayi sərbəst buraxılıb

2022-06-26

gun az article

“Körpü” proqramında müzakirə: “Elçibəy”-VİDEO

2022-06-25

gun az article

Vərziğan kəndliləri narazıdır: "Süngün mədəninin gəlirlərindən bölgəyə heç nə ayrılmır"-VİDEO

2022-06-25

gun az article

Təbrizlilər türkcə küçə adının dəyişdirilməsinə etiraz ediblər

2022-06-25

gun az article

Təbrizdə Həsən Dəmirçinin anım mərasimi keçirilib-VİDEO

2022-06-25

gun az article

"Oğlanlarla qızların danışması, deyib-gülməsi yüngüllükdür"-Təbrizin cümə imamı

2022-06-25

gun az article

Süngün mis mədəninin işçiləri döyülüb

2022-06-25

gun az article

“Sözümüz” proqramında müzakirə: “İranda demokratiya mümkündürmü?” -VİDEO

2022-06-25

gun az article

Güneyli ziyalılar tanınmış dilçi Hüseyn Düzgünlə görüşüblər

2022-06-25

gun az article

Təbrizli tibb işçilərindən İbrahim Rəisiyə etiraz- VİDEO

2022-06-25