SON XƏBƏRLƏR

Xamneyinin Mançestrdəki nümayəndəsinin oğlu Britaniyada keçiriləcək Parlament seçkilərinə namizədliyini irəli sürüb

2021.10.20, 07:36
Xamneyinin Mançestrdəki nümayəndəsinin oğlu Britaniyada keçiriləcək Parlament seçkilərinə namizədliyini irəli sürüb

Gunaz.tv

GünAz TV: İranın “dini lider”i Əli Xamneyinin Mançestrdə fəaliyyət göstərən nümayəndəsi Əsədullah Avayinin oğlu Əli Avayi Britaniyada keçiriləcək növbəti Parlament seçkilərində namizədliyini irəli sürüb.

 

Xarici media orqanlarına müsahibə verən Əli Avayi Liberal Demokrat Partiyası tərəfindən namizədliyinin irəli sürüldüyünü deyib.

 

O iddia edib ki, təmsil etdiyi partiyanın bütün Yaxın Şərq ölkələri ilə problemləri var.

 

“Bizim partiya Yaxın Şərq ölkələrinin hamısını liberal görüşlərə yaxınlaşdırmağa çalışır”, - deyə Xamneyinin nümayəndəsinin oğlu əlavə edib.

 

Əli Avayinin əmisi Əlirza Avayi hazırda İranın Ədliyyə naziri postunda əyləşib. Əlirza Avayi 1979-cu il inqilabından sonra 1988-ci ilə qədər Dezful, Kürdüstan və Əhvaz kimi bölgələrdə prokuror vəzifəsində çalışıb. 2011-ci ildə Avropa İttifaqı çoxlu sayda İran vətəndaşının hüququnu kobud şəkildə pozduğuna görə, ona qarşı sanksiyalar tətbiq edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar