SON XƏBƏRLƏR

Xamneyinin müşaviri: “Hər hansı bir təcavüz qarşısında Suriyaya dəstək verəcəyik”

2021.10.20, 07:36
Xamneyinin müşaviri: “Hər hansı bir təcavüz qarşısında Suriyaya dəstək verəcəyik”

Gunaz.tv

GünAzTV: Dəməşqdə səfərdə olan İranın dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, aprelin 11-də jurnalistlərə açıqlamasında Amerikanın Bəşər Əsəd rejiminə qarşı mümkün hücumu və rəsmi Tehranın buna münasibətindən danışıb.

 

Vilayəti deyib ki, Amerikanın Suriyaya mümkün hava zərbələri endirməsi ilə bağlı səsləndirdiyi bəyanatlar, daha çox təbliğat xarakteri daşıyır və Vaşinqton Bəşər Əsədə qarşı heç nə edə  bilməyəcək: “Nə Suriya bu ölkədə müharibə başlandığı gündən zəifləyib, nə də Amerika bu müddət ərzində güclənib. Hesab edirəm ki, amerikalıların Suriyaya qarşı mümkün hücumu ilə bağlı səsləndirdiyi bəyanatlar və bununla bağlı qalmaqallar, daha çox təbliğat xarakteri daşıyır. Bu isə, onların Suriya ordusunun Şərqi Quta bölgəsində əldə etdiyi mühüm  uğurlardan narahat olmalarını göstərir.

 

Suriya hökuməti və milləti, müttəfiqləri ilə birlikdə, bu ölkəyə qarşı hər hansı bir hücumun qarşısını almaqda, amerikalılarla sionistlərin ekspansionist siyasətinin qarşısında dayanmaqda qərarlıdır. Əgər amerikalılar bu günə qədər Suriya hökumətinə qarşı heç nə edə bilməyiblərsə, şübhəsiz ki, bundan sonra da edə bilməyəcəklər. Biz isə hər hansı bir təcavüz qarşısında Suriyaya dəstək verəcək, onu müdafiə edəcəyik”.

 

Qeyd edək ki, Bəşər Əsəd rejiminin Suriyanın Şərqi Quta bölgəsində yerləşən və üsyançıların nəzarətində olan Duma şəhərində dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməsi, Amerika və onun Qərb müttəfiqlərinin kəskin etirazına səbəb olub. Hazırda Amerika və onun avropalı müttəfiqləri Bəşər Əsəd rejiminə və onun hərbi qüvvələrinə qarşı hava zərbələri endirmək haqda danışıqlar aparırlar. 

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar