SON XƏBƏRLƏR

Xamneyinin müşaviri: “Hörmüz boğazında baş verə biləcək hər hansı bir dəyişilik təhlükəli bir qarşıdurmağa səbəb olacaq”

2021.10.20, 07:36
Xamneyinin müşaviri: “Hörmüz boğazında baş verə biləcək hər hansı bir dəyişilik təhlükəli bir qarşıdurmağa səbəb olacaq”

Gunaz.tv

GünazTV: İranın dini liderinin hərbi müşaviri Hüseyn Dehqan iyulun 24-də “Əl-Cəzirə” telekanalına müsahibəsində körfəzdəki Hörmüz boğazındakı həssas durumdan və mümkün savaşdan danışıb.

 

O, İranın dini lideri axund Əli Xamneyinin sözünü bir daha təkrar edərək deyib ki, İran Amerika ilə heç bir müzakirəyə qatılmayacaq: “Hesab edirik ki, Hörmüz boğazının vəiyyətində baş verə biləcək hər hansı bir dəyişilik təhlükəli bir qarşıdurmağa səbəb olacaq. Əgər Vaşinqton  müharibə başlanmasına qərar versə, o zaman Amerikanın regiondakı bütün hərbi bazaları bizim qüvvələrimiz tərəfindən hədəfə alınacaq.

 

Biz raket proqramımız haqqında da heç kəslə müzakirə aparmayacağıq. Hörmüz boğazındakı vəziyyətə gəlincə, hesab edirik ki, ya bütün ölkələr öz neftini həmin boğazdan ixrac etməli, ya da heç kəs buna qadir olmamalıdır” –deyə İranın dini liderinin silahlı qüvvələrə dəstək və müdafiə sənayesi üzrə müşaviri Hüseyn Dehqan əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar